КРЕДИТ НАЛИЧНЫМИ В ВТБ С МИНИМАЛЬНОЙ ПРОЦЕНТНОЙ СТАВКОЙ ОТ 10,49%

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, son zamanlar bəylə gəlini müşayiət edən maşın karvanında iştirak edən sürücülər tərəfindən yol hərəkəti qaydalarının kobud şəkildə pozulması halları artıb.

Vaqif Əsədov deyib ki, paytaxt yollarında hərəkətə nəzarət edən kameralar vasitəsilə əldə olunan məlumatlar əsasında yol polisi əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı kobud qayda pozuntuları edən sürücülər aşkarlanıb və barələrində ciddi tədbirlər görülüb.

Bölmə rəisi bildirib ki, bir neçə gün əvvəl yol polisi əməkdaşları Bakının İnşaatçılar prospekti ilə Hüseyn Cavid prospektinin kəsişməsinə, İnşaatçılar prospekti ilə Əbdürrəhim bəy Haqverdiyev, Bakıxanov və İzmir küçələri istiqamətlərinə hərəkət edən maşın karvanında iştirak edən sürücülər tərəfindən yol hərəkət qaydalarının pozulması barədə məlumat alıb.

Yol polisi əməkdaşları tərəfindən maşın karvanının iştirakçılarına xəbərdarlıq edilsə də, onlar cəmiyyətə açıq-aşkar hörmətsizlik nümayiş etdirərək polisin göstərişinə tabe olmayıblar.

“Bu şəxslər bir neçə yerdə nəqliyyat vasitələrini saxlayaraq digər hərəkət iştirakçılarının məcburi dayanmasına şərait yaradıblar. Qoşa xətti keçərək əks istiqamətdə hərəkəti davam etdiriblər, işıqforun qırmızı işığında keçərək hərəkət iştirakçıları üçün təhlükə yaradıblar”, - Əsədov deyib.

Onun sözlərinə görə, bu tədbir zamanı 3 maşın sürücüləri ilə birgə saxlanılıb. Avtomobillər müvəqqəti mühafizə olunan dayanacağa aparılıb.

Vaqif Əsədov bildirib ki, maşın karvanındakı digər avtomobillərin tutulması üçün tədbirlər görülür.

İdarə sözçüsü bəylə gəlini müşayiət edən maşın karvanında iştirak edən sürücülərin bu hərəkətini cəmiyyətə açıq-aşkar hörmətsizlik kimi qiymətləndirib. “Həmçinin, belə hallar paytaxt yollarında tıxacların yaranmasına səbəb olur”, - Əsədov deyib.

Sürücüləri toy mərasimləri zamanı yol hərəkət qaydalarına riayət etməyə çağıran bölmə rəisi bildirib ki, onların bu hərəkəti piyadaların və digər hərəkət iştirakçılarının həyatı və sağlamlığı üçün ciddi təhlükə yaradır. O, toy sahiblərindən bu məsələyə diqqət yetirmələrini xahiş edib.

Bakı polisi toy karvanlarına "toy tutacaq" - YENİLƏNİB - VİDEO - FOTO


[media=http://www.youtube.com/watch?v=T4ejczlQ_Fg]