КРЕДИТ НАЛИЧНЫМИ В ВТБ С МИНИМАЛЬНОЙ ПРОЦЕНТНОЙ СТАВКОЙ ОТ 10,49%

Изображение новости:

Noyabrın 22-nə keçən gecə Bakıda sərnişin avtobusu yük qatarına çırpılıb. Nizami rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Heydər Əliyev prospektində, "Şəfa" stadionunun qarşısında 1961-ci il təvəllüdlü Vəliyev Kərim Mehdi oğlunun idarə etdiyi 50 BZ 991 dövlət qeydiyyat nişanlı "İkarus" markalı avtobus yük qatarına çırpılıb. Nəticədə sürücü, həmçinin avtobusda olan daha 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Sürücünün xəsarətləri daha ağır olduğundan, onun ayaqları amputasiya edilib. Hadisə ilə əlaqədar araşdırma aparılır.

Bu ilin yanvar ayından noyabrın 12-ə qədər Bakıda qeydə alınan yol qəzalarının 51 faizi təyin olunmayan yerlərdən keçən piyadaların vurulması ilə bağlı olub.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, ilkin məlumata görə, yanvar-noyabr aylarında paytaxtda 1151 yol qəzası qeydə alınıb. Bu qəzalarda 288 nəfər həlak olub, 1291 nəfər xəsarət alıb.