Azərbaycan paytaxtında keçirilən reyd zamanı saxlanılan “avtoş”ların barəsində həbs qərarı çıxarılıb.
Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, yanvarın 21-dən 22-nə keçən gecə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi, qurumun ictimai təhlükəsizlik idarəsi, Xətai rayon Dövlət Yol Polis İdarəsi, Xətai rayon Post Patrul Xidməti bölüyü və 37-ci Polis Bölməsi əməkdaşlarının Bakıda həyata keçirdiyi reyd zamanı avtoxuliqanlıqla məşğul olan bir qrup sürücü saxlanıb. Saxlanılan sürücülər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 296.1-ci (avtoxuliqanlıq) maddəsi ilə məsuliyyətə cəlb ediliblər. Onların bir neçəsi barəsində müxtəlif müddətlərə həbs qərarı çıxarılıb.
Məsuliyyətə cəlb edilən “avtoş”ların siyahısı
1. Fərzəliyev Samir İlham oğlu, 1987-ci il təvəllüdlü - “VAZ-2107”, 10 ZR 043, (Xətai rayon Məhkəməsi tərəfindən 5 günlük həbs cəzası verilib)
2. Ələkbərov Namiq Asif oğlu, 1988-ci il təvəllüdlü - “VAZ-2107”, 90 CE 537 (Xətai rayon Məhkəməsi tərəfindən 5 günlük həbs cəzası verilib)
3. Şəmiyev Etlas Mənsur oğlu, 1987-ci il təvəllüdlü - “VAZ-2107”, 10 UH 461 (Səbail rayon Məhkəməsi tərəfindən 5 günlük həbs cəzası verilib)
4. Baxışov Elgiz Çingiz oğlu, 1987-ci il təvəllüdlü - “VAZ-2107”, 90 ED 247 (Yasamal rayon Məhkəməsi tərəfindən 3 gün həbs cəzası verilib)
5. Şirinov Ayaz Yusif oğlu, 1981-ci il təvəllüdlü - “VAZ-2107”, 90 EF 081 (Nərimanov rayon Məhkəməsi tərəfindən 1 il müddətinə sürücülük hüququndan məhrum etmə və 400 manat cərimə)
6. Musayev Rail Musa oğlu, 1985-ci il təvəllüdlü - “VAZ-2107”, 10 TZ 665 (Xətai rayon Məhkəməsi tərəfindən 5 günlük həbs cəzası verilib)
7. Həsənov Orxan İsmayıl oğlu, 1987-ci il təvəllüdlü - “VAZ-2107”, 62 VE 621 (Xətai rayon Məhkəməsi tərəfindən 5 günlük həbs cəzası verilib)
8. Rzayev Elman Gülmirzə oğlu, 1985-ci il təvəllüdlü - “VAZ-2107”, 10 NO 627 (Xətai rayon Məhkəməsi tərəfindən 5 günlük həbs cəzası verilib)
9. Qafarov Rauf Eldar oğlu, 1965-ci il təvəllüdlü - “VAZ-2107”, 10 QS 023 (Sənədlər Sabunçu rayon Məhkəməsinə göndərilib).
Məlumatda həmçinin adıçəkilən şəxslərdən başqa daha iki nəfər avtoxuliqanın - Hüseynov Ülfət Mənsur oğlu (1982-ci il təvəllüdlü, idarə etdiyi a/m “VAZ-2107” 10-SL-403) və Paşayev Süleyman Adil oğlunun (1991-ci il təvəllüdlü, idarə etdiyi a/m Lexus 10-VA-010) sənədlərinin məhkəməyə göndərildiyi bildirilir. Ülfət Hüseynovun işi Nizami rayon Məhkəməsinə göndərilib, Süleyman Paşayev barədə isə Yasamal rayon məhkəməsi 1 il sürücülük hüququndan məhrumetmə və 400 manat məbləğində cərimə qərarı qəbul edib.
Bakı şəhər Baş Polis İdarəsi “avtoş”lara qarşı mübarizə tədbirlərini davam etdirir.
Bakıda saxlanılan “avtoşlar”a həbs cəzası
24
янв
2009
34 441