ВАША РЕКЛАМА МОЖЕТ БЫТЬ ЗДЕСЬ!
055 213 76 73


Yaponiyanın “Infiniti” avtomobillərinin Azərbaycanda rəsmi təmsilçisi olan Nurgün Motors şirkəti ölkəyə Infiniti FX Limited Edition modellərini gətirmək niyyətindədir. Şirkətdən verilən məlumata görə, Infiniti FX Limited Limited Edition modelləri sırasına Infiniti Premium Luxury G Sedan və Coupe, EX35 Luxury krossover, FX 35/50 orta-ölçülü krossover və QX56 tamölçülü SUV daxildir.
Qeyd edək ki, bu günlərdə Infiniti Dubayda (BGG) özünün ən cox satılan FX krossoverinin Limited Edition performanslı versiyasının təqdimatını keçirib. Şirkətdən bildiriblər ki, Limited Edition FX modelləri birbaşa sərgi salonlarından və ya fərdi hissələrin dəyişilməsi, aksessuar komplektlərinin avtomobillərə quraşdırılması yolu ilə FX35 və FX50 modellərinin ikinci nəsli kimi satışa çıxarılır.
Yeni modellərdə bir sıra dəyişikliklər olub. Belə ki, ön qoruyucu, yan tərəf qoruyucusu, qapıların alt hissəsinin görünüş dəyişib, arxa aşağı qoruyucu və işıqlandırılmış Infiniti loqosu əks olunub. Buyurub baxın..