КРЕДИТ НАЛИЧНЫМИ В ВТБ С МИНИМАЛЬНОЙ ПРОЦЕНТНОЙ СТАВКОЙ ОТ 10,49%

 

Azərbaycanda manatın ucuzlaşması Bakıdan həyata keçirilən beynəlxalq uçuşların 20-30% bahalaşmasına səbəb olub

Azərbaycanda milli valyutanın devalvasiyası səbəbindən Bakıdan həyata keçirilən bütün beynəlxalq aviareyslərə biletlərin manatla ifadəsində qiymətinin kəskin artmasına səbəb olub.

Yerli turizm şirkətlərindən "Report"a verilən məlumata görə, "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin gerçəkləşdirdiyi beynəlxalq reyslərdə 20-25% bahalaşma müşahidə olunub.

"Ən çox bahalaşan reyslərdən biri Bakı-Frankfurt-Bakı olub ki, bu istiqamətdə olan uçuşlara biletlər əvvəl 700 manat ətrafında satılırdısa, indi qiymət 830-850 manata qədər yüksəlib. Bakı-İstanbul-Bakı reysinə biletlər təxminən 80 manat bahalaşıb, əvvəl qiymət 260 manat idi, indi isə 340 manat olub. Eyni reysləri həyata keçirən "Türk Hava Yolları" isə qiyməti, hətta 276 manatdan 385 manata qədər artırıb. Bakı-Minsk-Bakı reysi əvvəl 298 manat idi, indi isə 390 manatdır", - deyə turoperatorun əməkdaşları bildirib.

Bununla yanaşı, AZAL Bakı-Moskva-Bakı aviareysinə biletlərin qiymətini 350 manatdan 460-470 manata qaldırıb, Rusiyanın "Aeroflot" şirkəti isə analoji reysi 340 manatdan 470 manata qədər bahalaşdırıb.