ВАША РЕКЛАМА МОЖЕТ БЫТЬ ЗДЕСЬ!
055 213 76 73


Изображение новости:

 
"Neftin qiymətinin 50 dollar olacağı təqdirdə ölkənin xarici balansı profisiti 5 dəfə azalacaq, 40 dollar olacağı təqdirdə mənfi zonaya keçəcək”.

BAKU.WS-ın məlumatına görə, bunu Nazirlər Kabinetinin 2014-cü ildəki fəaliyyəti ilə bağlı hesabatın bu gün Milli Məclisdə keçirilən müzakirəsi zamanı Mərkəzi Bankın İdarə Heyətinin rəhbəri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, ölkənin kifayət qədər valyuta ehtiyatı var, Dövlət Neft Fondunun (ARDNF) gəlirləri düzgün idarə olunur: 

"Amma köhnə siyasəti davam etdirsəydik, həm Mərkəzi Bankın, həm də ARDNF-in ehtiyatları sıfırlanardı. Buna görə, bu proseslərə reaksiya verməliyik”.

Mərkəzi Bankının sədri Elman Rüstəmov manatın ucuzlaşmasını neftin ucuzlaşması ilə əlaqələndirib.

Mərkəzi Bankın sədri qeyd edib ki, o zaman manatın sabitliyi təmin edilib: "O zaman biz manatın sabitliyini təmin etdik. Biz təxminən 1 milyard manatdan artıq vəsait sərf edərək manatın sabitliyini saxladıq. O zaman neftin qısa zamanda qiyməti sabitləşdi və biz xərclədiyimiz vəsaiti geri qaytara bildik”.

E.Rüstəmov deyib ki, ötən ildən bəri neftin qiymətinin iki dəfə ucuzlaşması yeni bir fenomendir. O, bildirib ki, ekspertlərin, beynəlxalq investisiya təşkilatlarının qiymətləndirməsinə görə bu ucuzlaşma 80-ci illərin əvvəlində baş vermiş ucuzlaşmadır. Baş bankın sədrinin fikrincə, neftin ucuzlaşması hələ davam edəcək.