ВАША РЕКЛАМА МОЖЕТ БЫТЬ ЗДЕСЬ!
055 213 76 73


Изображение новости:

 
Dünən günorta saatlarında Mərkəzi Bank bütün kommersiya banklarına təlimat göndərərək Azərbaycan manatı ilə kredit verməyi qadağan edib. Bu barədə "Bizim Yol" qəzetinə bank sektorundakı mənbə məlumat verib. 

Mənbə bildirib ki, təlimat aldıqdan sonra müştəri xidmətləri hazırladıqları kredit müqavilələrini təxirə salmağa məcbur olublar. "Biz də olan məlumata görə, Mərkəzi Bankın bu addımının əsas səbəbi yaxın günlərdə manatın yenidən ucuzlaşacağı ilə bağlıdır. Artıq bir neçə gündür ki, valyutadəyişmə məntəqələrində dollar qıtlığı hiss olunur. Əhali əlindəki manatı dəyişməyə cəhd edir, amma məntəqələr vətəndaşların dollar tələbatını qarşılaya bilmir. Dünən əksər valyutadəyişmə məntəqələrində 100 dollar 107 manata dəyişdirilib. Bu günlərdə manatın 20 faizə qədər dəyər itirəcəyi ehtimal olunur".

Xəbərlə bağlı Mərkəzi Bankın mövqeyini öyrənə bilmədik. Xatırladaq ki, Milli Məclisin  üzvü Vahid Əhmədov bankların milli valyuta ilə kredit verməməsini qanunsuzluq, konstitusiyaya hörmətsizlik adlandırmışdı.