ВАША РЕКЛАМА МОЖЕТ БЫТЬ ЗДЕСЬ!
055 213 76 73


 

Ötən gün gecə saatlarına Sankt-Peterbuqrda "Albert Rıjıy” ləqəbli kriminal avtoritet Əli Heydərovu qətlə yetirməkdə şübhəli bilinən şəxs ələ keçib. ANS PRESS-in "Fontanka.ru” saytına istinadən verdiyi məlumata görə, polisin saxladığı şəxs 42 yaşlı, əslən azərbaycanlı olan İlham Hacıyevdir. 

Polisin keçirdiyi əməliyyat zamanı kriminal aləmdə "Hamlet” ləqəbi ilə tanınan İlham Hacıyev evində saxlanılıb. O, hüquq-mühafizə orqanlarına silahlı müqavimət göstərib. Polislə atışma zamanı İlham Hacıyev ağır yaralanıb. Onun 5 güllə yarası aldığı vurğulanıb.

İlham Hacıyev ağır yaralı halda Sankt-Peterbuqrda xəstəxanaya yerləşdiriblər. Həkimlərin səyi nəticəsində "Hamlet”in həyatını xilas ediblər. Onun bədənindəki güllələr çıxarılıb.

İlham Hacıyev hüquq-mühafizə orqanlarına izahat verməkdən imtina edib. Bu gün onun Sankt-Peterbuqr məhkəməsində cinayət işinə baxacaqlar.

Qeyd edək ki, Ə.Heydərov martın 18-də Sankt-Peterburqda qətlə yetirilib. Bu qətli məşhur kriminal avtoritet, ötən ilin 16 yanvarında qətlə yetirilən "Ded Xasan"a yaxınlığı ilə əlaqələndirirlər. Onun "Hamlet” ləqəbli İlham Hacıyev tərəfindən öldürüldüyü iddia edilir