ВАША РЕКЛАМА МОЖЕТ БЫТЬ ЗДЕСЬ!
055 213 76 73


 

Kriminal aləmin azərbaycanlı liderləri arasında yeni müharibə başlayıb.
 
BAKU.WS-ın məlumatına görə, fevralın 10-na keçən gecə Moskvada azərbaycanlılara məxsus "Abşeron” kafesində atışma düşüb. 

Lotu Qulinin (Nadir Səlifov) qruplaşmasından olan şəxslər Dato Ağcabədinski və onun yaxın adamı Natiq Əlibayramlınskini qətlə yetiriblər. Öldürülənlər Ağcabədi rayonunun Yeni Qaradolaq kəndindən olan Cavid Məmmədovun rəhbərlik etdiyi qruplaşmaya daxil idilər.
 
Elə həmən gün Türkiyədə 46 yaşlı "qanuni oğru” Vadim İvanenko güllələnib. O hadisə yerindəcə keçinib. Onun dostu, "qanuni oğru” Vladimir Juravskiy (ləqəbi Vova Puxlıy) qolundan yaralanıb.
 
Vadik Krasnodarskiy ləqəbi ilə məşhur olan Vadim İvanenko Aslan Usoyanın (Ded Xasan) qruplaşmasının tanınmış üzvlərindən idi. Güman edilir ki, onu Ded Xasan klanı ilə müharibə aparan Rövşən Lənkəranskinin adamları güllələyib.