ВАША РЕКЛАМА МОЖЕТ БЫТЬ ЗДЕСЬ!
055 213 76 73


 

Məhəmməd Əliyev 6 aydır ki maaşını ala bilmədiyi üçün özünü yandırıb.

İyul ayının 22- si özünü yandıran Məhəmməd Əliyev bu gün səhər saatlarında Respublika Yanıq Mərkəzində keçinib.

Mərhumun bacısı Zenfira Əliyeva ANS PRESS-ə açıqlama verərək bildirib ki: qardaşının özünü yandırmasına səbəb 7 ildir işlədiyi inşaat şirkətindən son 6 ayda maaşını ala bilməməsi olub. 

Nəvacibini ala bilməyən Məhəmməd şirkətin Sumqayıtda yerləşən ofisinə gəlib. Ofisdə şirkətin rəhbər işçiləri ilə Məhəmməd Əliyev arasında mübahisə yaranıb. 

Adı çəkilən şəxs ofisin həyətində üzərinə benzin tökərək özünü yandırıb.

Ofis işçilərinin köməyi ilə o, Sumqayıt xəstəxanasına gətirilib. Bədəninin 85%- i yanmış Məhəmməd bir neçə gün xəstəxanada qalıb. 

Həkimlər onun vəziyyətinin ağırlaşdığını görərək iyulun 25-də Bakıda yerləşən Respublika Yanıq Mərkəzinə göndəriblər. 

Yanıq mərkəzində 2 gün qalan Məhəmməd Əliyev bu gün səhər saatlarında xəstəxanada dünyasını dəyişib.

Hadisə yerinə Sumqayıt şəhər prokurluğunun əməkdaşları cəlb edilib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorloğunda cinayət işi açılıb, araşdırma aparılır.