ВАША РЕКЛАМА МОЖЕТ БЫТЬ ЗДЕСЬ!
055 213 76 73


 

Tanınmış vəkil Aslan İsmayılov Metropolitenin işdən azad edilmiş rəisi Tağı Əhmədov barəsində maraqlı fikirlərlə çıxış edib. Zənnimcə müsahibələrinin birində "28 May" metro stansiyasında Məhəmməd Əmin Rəsulzadənin təsviri olan mozaikanın sökülməsi ilə bağlı müxbirin sualına "Mən icraçıyam. Mənə desələr ki, sizin şəklinizi vurmaq lazımdır ora, onu qoyacam" səmimi cavabı onun vəzifəsindən azad olunmasına səbəb ola bilər deyə bildirib.

"Xeberdar.az” saytı vəkil Aslan İsmayılovun fikirlərinə münasibət öyrənmək üçün Tağı Əhmədovla əlaqə saxlayıb. Eks metropoliten rəisi saytımıza açıqlamasında onun işdən çıxması səbəbi kimi deyilən fikirlərin boş söhbət olduğunu bildirib: "Vəzifədə olan bir gün çıxmalıdır. Mənim vəzifəmdən çıxmağımı hansısa sözlə əlaqələndirmək düzgün deyil. Hal-hazırda Nazirlər Kabinetinə çağrılmışam. Burdayam, danışa bilmirəm” deyə Tağı Əhmədov bildirib.