ВАША РЕКЛАМА МОЖЕТ БЫТЬ ЗДЕСЬ!
055 213 76 73


 

Bu saatlarda Bakı Metropolitenində dəhşətli anlar yaşanıb. 

Hüquq-mühafizə orqanlarından ANS PRESS-ə verilən məlumata görə, metronun "Ulduz” stansiyasında sərnişin qatarın altına yıxılıb.

Hadisə zamanı qatarın altına düşən 25 yaşlı kişinin qolu amputasiya olub. Onun başından da travma aldığı bildirilir. Sərnişin xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.