КРЕДИТ НАЛИЧНЫМИ В ВТБ С МИНИМАЛЬНОЙ ПРОЦЕНТНОЙ СТАВКОЙ ОТ 10,49%

 

Bakı şəhəri 3-cü mikrorayon ərazisindəki iri ticarət mərkəzlərindən birində yanğın başlayıb. 

ANS PRESS-in xəbərinə görə, hadisə "Memar Əcəmi” metrostansiyasının yaxınlığındakı "Moskva Univermağı” adlanan ticarət mərkəzində baş verib. 

Hadisə şahidlərinin verdiyi məlumata görə, yanğın əsasən gəlin paltarları və ümumilikdə trikotaj məhsullarının olduğu mərtəbədə baş verib. 

Hadisə yerinə FHN dövlət yanğından mühafizə briqadalarının yanğınsöndürənləri cəlb olunub. 

Xatırladaq ki, 2 gün əvvəl "Sahil" metrostansiyasının üstündə olan ticarət mərkəzində də yanğın baş vermişdi.