КРЕДИТ НАЛИЧНЫМИ В ВТБ С МИНИМАЛЬНОЙ ПРОЦЕНТНОЙ СТАВКОЙ ОТ 10,49%

 

"Köçmək üçün müraciət edən "Sovetski” sakinlərindən 110 nəfər artıq pulunu alıb”.

Bunu APA-ya açıqlamasında Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev deyib.

Onun sözlərinə görə, indiyədək pulları ödənilmiş sakinlərdən 20-nin evi sökülüb, 15 evin də bir neçə günə sökülməsi nəzərdə tutulub: "Bir aydan sonra, pulları ödənilmiş digər sakinlər də özlərinə ev tapdıqdan sonra onların da evlərini sökəcəyik. Artıq "Sovetski” məhəlləsindəki camaat Yasamal Rayon İcra Hakimiyyətinə axışır ki,  pulumuzu verin, köçürük. Hər gün ən azı 25-30 nəfər müraciət edir. Ümumiyyətlə, hazırda 150 nəfər növbədə dayanıb. Bu gün komissiya onların da müraciətlərinə baxacaq və sənədlər banka təqdim olunacaq ki, onların da pulları verilsin. İşimiz yaxşı gedir, camaat da razılıq edir”.

İ.Mehdiyev evlərinin sahəsi az olan "Sovetski” sakinləri ilə bağlı məsələnin hazırda Nazirlər Kabinetində müzakirə olunduğunu qeyd edib: "Nazirlər Kabineti hələ bununla bağlı bizə təklif təqdim etməyib. Güman edirəm ki, dövlətimiz bu məsələyə müsbət rəy verəcək. Camaatımız narahat olmasın, prezident bu məsələyə çox humanist yanaşır. Humanist yanaşmasaydı, bu məsələ də gündəmə gətirilməzdi”.     

Qeyd edək ki, "Sovetski” məhəlləsində söküləcək evlərdə 1 kv. m üçün 1500 manat təklif olunub. Sakinlərin bir qrupu bu məbləğlə razılaşmır.