ВАША РЕКЛАМА МОЖЕТ БЫТЬ ЗДЕСЬ!
055 213 76 73


 

Bu gün metronun "20 Yanvar” stansiyasında gərgin anlar yaşanıb. Sərnişinlərin verdiyi məlumata görə, təxminən bir saat əvvəl "20 Yanvar” stansiyasında vaqonda qəfildən tüstülənmə baş verib.
Sərnişinlər bildirib ki, qapılar bağlanan kimi vaqon tüstü ilə dolub və sərnişinlər vaqondan çıxarılıblar.

Məsələ ilə bağlı Bakı Metropoliteninin mətbuat xidmətilə əlaqə saxlamaq cəhdlərimiz uğursuz oldu. Belə ki, metropolitenin mətbuat xidmətindən suallarımıza cavab verən olmadı. Lakin metropoliten rəhbərliyi ilə danışaq bildik. Metro rəhbərliyindən ANS PRESS-ə verilən məlumata görə, deyilənlərin hamısı yalandı. 

""20 Yanvar” stansiyasında heç bir problem olmayıb. Yayılan məlumatların hamısı şayiədir”.