ВАША РЕКЛАМА МОЖЕТ БЫТЬ ЗДЕСЬ!
055 213 76 73


 

Cəzaçəkmə müəssisələrinə narkotik vasitənin keçirilməsinin qarşısı alınıb. 

Ədliyyə Nazirliyinin Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Cinayət Məcəlləsinin 317.2.1 maddəsinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Anar Kərim oğlu Hüseynovun yanına qısamüddətli görüşə gəlmiş əmisi arvadı Nadejda Pavlovna Həmzəyevanın üzərinə baxış keçirilib. Bu zaman ağız boşluğundakı protez dişin altında 2 ədəd sellofana bükülü, xalis çəkisi 1,344 qram olan narkotik vasitə tiryək aşkar edilərək götürülüb.

Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Cinayət Məcəlləsinin 234.4.3 maddəsinə əsasən azadlıqdan məhrum edilmiş məhkum İltimas Mürvət oğlu Quliyevə vətəndaş Xəlil Fərhad oğlu Adıgözəlovun gətirdiyi sovqata baxış keçirilən zaman 2 ədəd "Natura” markalı karton qablı təbii şirənin içərisində gizlədilmiş, hər birində 1 ədəd kağıza bükülərək skoçla izolyasiya olunmuş, xalis çəkisi 12,782 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülüb.

Faktlar üzrə araşdırma aparılır.