ВАША РЕКЛАМА МОЖЕТ БЫТЬ ЗДЕСЬ!
055 213 76 73


 

Gecə Bakının Səbail rayonu 20-ci sahə kimi tanınan ərazidə torpaq uçqunu baş verib. Lomomosov küçəsi 7-d ünvanında baş verən hadisə zamanı hasarın aşması nəticəsində 40 yaşlı Habil Hacıyevə məxsus fərdi yaşayış evi tamamilə yararsız vəziyyətə düşüb. Xoşbəxtlikən uçqun anında ailənin iki azyaşlı övladı və ev sahibləri qonşuda olublar. Bu isə hadisə zamanı insan tələfatının qarşısının alıb. 


Dağıntılar altında qalan mənzilin iki otağı, o cümlədən mətbəxt və hamam otağı da tamamilə yararsız vəziyyətə düşüb. Evin dam örtüyünə ziyan dəyib. Bir sözlə evi uçan ailə gecəni küçədə gecələmək məcburiyyətində qalıb.


Hadisə zamanı sürüşmə qonşuluqda yaşayan sakinlərə və onların evlərinə də ciddi ziyan vurub. Qonşuların sözlərinə görə əgər vaxtında tədbir görülməsə bu ərazidə bu tipli hadisələr təkrarlana bilər.