ВАША РЕКЛАМА МОЖЕТ БЫТЬ ЗДЕСЬ!
055 213 76 73


 

Amerikada gənc qadın Hollivud ulduzu Cennifer Lourensə bənzəmək üçün əlindən gələni və sözün əsl mənasında gəlməyənləri də edib. ANS PRESS-in məlumatına görə, 30 yaşlı Ketti 6 plastik əməliyyat etdirmək üçün 25 min avro pul xərcləyib. 23 yaşlı məşhur aktrisa Cennifer it təlimçisi olan Kettini özünə heyran edib. 


"Qızım dünyaya gəldikdən sonra, öz görkəmimdə mən özümü pis hiss edirdim. Məhz buna görə də dəyişilmək qərarına gəldim. Hal-hazırda isə mən görkəmimdən razıyam" - deyərək Ketti fikirlərini bildirib. 


Əməliyyatlar 6 saat davam edib. Bu müddətdə həkimlər xanımın sinəsini böyüdüb, liposaksiya edib və burnunu yeni formaya salıblar. 30 yaşlı qadının bədən nahiyyəsində lazımsız yerlərdə olan piy götürülərək yanaq və ombasına əlavə edilib. 


Əməliyyatlara qarşı olan Kettinin həyat yoldaşı isə onun bu qərarı ilə razı olmayıb. "Cennifer o qədər də məşhur sima deyil. Buna görə də həyat yoldaşımın qərarı ilə razı deyildim, baş verənlər tamamilə onun istəyidir”.


Qadını kumirinə bənzətmək üçün əməliyyat edən həkim isə bunun ilk hal olmadığını deyib. Onun sözlərinə görə, mrüaciət edən qadınların əksəriyyəti Ancelina Colinin dodaqları kimi dodağa, Skarlet Yoxanson kimi sinəyə sahib olmaq istəyirlər.