ВАША РЕКЛАМА МОЖЕТ БЫТЬ ЗДЕСЬ!
055 213 76 73


 

BAKU.WS представляет новость на азербайджанском языке.  

 

"Xəzər Lənkəran"ın futbolçuları dünən şad xəbərə seviniblər. 


Bu yaxınlarda İstanbulda olan komandanın baş məşqçisi Mustafa Dənizli oradan xoş xəbərlə qayıdıb.


Belə ki, bundan sonra komandanın yeni təyyarəsi olacaq. Təyyarəni kluba Mübariz Mənsimov alıb. Dəyəri açıqlanmasa da çox komfortlu və müasir təyyarə olduğu deyilir.


Beləliklə, "Xəzər Lənkəran"ın futbolçularının avtobus əziyyəti bitib. Yəni komanda bundan sonra ölkə çempionatının səfər oyunlarına avtobusla yox, təyyarə ilə yollanacaq. Bu addım futbolçularının uzun səfərləri avtobusla qət edib yorulmaması üçün atılıb.(publika.az)