ВАША РЕКЛАМА МОЖЕТ БЫТЬ ЗДЕСЬ!
055 213 76 73


 

Hər birimiz ədalətdən danışırıq. Artıq bir neçə gündür ki, bütün cəmiyyət ədalətin izindədir. 4 gündür heç kim bu sirli 10 LR 100-ün sahibini tapa bilmir. Maraqlısı budur ki, heç DYP bu barədə informasiyanı tam və dolğun çatdırmır. Biz kimin isə tərəfində deyilik. Tərəf olsaq qanunu düzgün izah edə bilməyəcəyik. Əslində mən bu mövzudan kənar gəzmək fikrində idim. Lakin BDYP-nin 10 LR 100-lə bağlı açıqlaması mənə bu mövzunu qabartmağa məcbur etdi. Beləliklə başlayaq.

İlk olaraq rəsmi məlumat.

 

Bakı. Fuad Cəfərov - APA. Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi 10-LR-100 dövlət nömrə nişanlı müxtəlif avtomobillərin müxtəlif məkanlarda hərəkətsiz vəziyyətdə çəkilən fotolarının sosial şəbəkələrdə və bəzi KİV-də yayılması ilə bağlı araşdırma aparıb.

 

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis polkovnik leytenantı Vaqif Əsədov APA-nın sorğusuna cavabında bildirib ki, aparılan araşdırmalar zamanı məlum olub ki, 10-LR-100 dövlət nömrə nişanı qanunla nəzərdə tutulan qaydada ilk dəfə "Mercedes ML” markalı avtomobilə verilib.

 

Sonradan "Mercedes ML” markalı avtomobilin sahibi həmin dövlət nömrə nişanını özündə saxlayıb,maşını isə satıb. Həmin şəxs dövlət nömrə nişanını sonradan aldığı "Grand Cheroke” markalı avtomobilə, onu da satdıqdan sonra isə yeni aldığı "Maserati”  markalı avtomobilə, daha sonra eyni ardıcıllıqla "BMW” və "Jaquar” markalı avtomobilə taxıb.

 

V. Əsədov 10-LR-100 dövlət nömrə nişanlı avtomobilin yol hərəkət qaydası pozması ilə bağlı BŞDYPİ heç bir faktın olmadığını, həmin avtomobilin cərimə meydançasına aparılması barədə deyilənlərin əsası olmadığını bildirib.

 

Bu açıqlamada qanuna nəzər salınmadan bir neçə səhvə yol verilib. 

 

 

Şəkildə gördüyümüz avtomobil məhz bu açıqlamadakı sayca 4-cü avtomobildir. 10 LR 100 seriyası yeni seriya deyil və demək 2011-ci ildən öncə alınıb. Bu tarixi elə-belə qeyd etmədim.

 

15 noyabr 2011-ci il tarixli 242-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan” qəzeti, 31 dekabr 2011-ci il, №291, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 12, maddə 1097) ilə29-cu maddənin III hissəsi yeni redaksiyada verilmişdir. 

Əvvəllər bu qanunda deyilirdi - III. Nəqliyyat vasitəsinin təkrar dövlət qeydiyyatı üzrə uçota alınması zamanı nəqliyyat vasitəsinin sahibinin istəyi ilə, habelə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı itdikdə və ya yararsız hala düşdükdə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş qaydada dəyişdirilir. Dövlət qeydiyyat nişanı itirildikdə, onun sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs əvvəlki dövlət qeydiyyat nişanının itirilməsi barədə ərazi üzrə müvafiq icra hakimiyyəti orqanının müvafiq arayışını təqdim edir.

 

İndi isə deyilir -  III. Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi özgəninkiləşdirildikdə dövlət qeydiyyatı üzrə daimi uçota alınması zamanı həmin nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı saxlanılır. Belə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı yalnız nəqliyyat vasitəsini satan şəxsin istəyi ilə və nəqliyyat vasitəsini alan şəxsin razılığı ilə nəqliyyat vasitəsini satan şəxsin digər nəqliyyat vasitəsinə bu maddənin II hissəsində nəzərdə tutulmuş qaydada verilir.Nəqliyyat vasitəsini satan və alan şəxs nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını saxlamaq istəmədikdə həmin dövlət qeydiyyat nişanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təhvil alınır və nəqliyyat vasitəsini alan şəxsin nəqliyyat vasitəsinə bu maddənin II hissəsində nəzərdə tutulmuş qaydada digər dövlət qeydiyyat nişanı verilir.

 

Bu ilə və qərara qədər dövlət qeydiyyat nömrəsini avtomobil sahibi özündə saxlaya bilməzdi. Daha doğrusu yeni avtomobil alana qədər bron edə bilməzdi. 2011-ci il 15 noyabr tarixinə qədər bu dövlət qeydiyyat-nişanı yeni avtomobil alınan zaman  dövlətə təhvil verilməli və ya yeni alıcıya təqdim olunmalıydı.

 

Sual yarana bilər ki, bəlkə bütün bu 5 avtomobil 2011-ci ildən sonra alınıbsa ? 3 il ərzində 5 avtomobil dəyişən avtomobil sahibi hansı işlə məşğuldur ki, 3 ilə 400 000  azn (rəqəm təqribidir) yalnız avtomobilə xərcləyib. O zaman dövriyyəyə Vergilər Nazirliyi daxil olub bu şəxsin illik mənfəət vergilərini hesablamalıdır. Cəmiyyət özünün qəhramanlarını tanımalıdır. 

 

Lakin DYP-nin bu açıqlamasında nə avtomobilin sahibi , nə də bu qeydiyyat nişanının hansı ildə qeydə alındığı qeyd olunmayıb. Bu isə DYP-ə qarşı vətəndaş inamsızlığının yaranmasına səbəb olur.

 

 

DYP açıqlamasında deyir ki, bu avtomobillə bağlı qayda pozuntusu yoxdur. Biımirəm DYP-də internet var ya yox amma Google-da axtarış etdiyimizdə bu fotolara rast gəlirik və bütün bu fotolarda dövlət qeydiyyat nişanının standardlara cavab vermədiyini görürük.

10 LR 100-ün qeydiyyat nişanında ortada olan qara kantlar silinib və ya sildirilib . Bu isə AZS-599-2011 Azərbaycan Respublikası Dövlət Standartına ziddir !!!

Standarta uyğun olaraq həmin qara kantlıar olmalıdır. Bu dövlət qeydiyyat nişanı standarta uyğun olmadığına görə İnzibati Xətalar Məcəlləsinin 155.3-cü maddəsinə əsasən Dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmamasına, saxta və ya mövcud standartlara uyğun olmayan və ya başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə etməyə görə avtomobilin sahibi 60 azn cərimələnir və 4 cərimə balı tədbiq olunur.

 

Bu da sizə qayda pozuntusu.

 

 

Məni daha çox narahat edən DYP-nin tələsik açıqlaması verməsidir. Bir az diqqət etsək yüzlərlə qayda pozuntusunu aşkar etmək olar. Heç kimdən çəkinmədən tam qanuni yolla kimin hansı qayda pozuntusu varsa onu demək lazımdır.

 

10 LR 100-ün yolda kobud qayda pozuntusu etdiyini görməmişəm lakin dövlət qeydiyyat nişanı standarta uyğun olmadığı gün kimi aydındır. Həmçinin bu qeydiyyat nişanının mənbəyi və hansı əsaslarla bron edildiyi isə naməlum olaraq qalır. DYP açıqlamanı tam etməlidir ki, heç kimdə əlavə sual qalmasın.

 

Qanunlara hörmətlə :  Tural Yusifov

http://avtostop.tv