ВАША РЕКЛАМА МОЖЕТ БЫТЬ ЗДЕСЬ!
055 213 76 73


 

BAKU.WS представляет новость на азербайджанском языке. 


"Mən prezidentdən xahiş edirəm ki, ölkədəki hasarlar sökülsün”. ANS PRESS-in məlumatına görə, bunu Milli Məclisin deputatı Zahid Oruc parlamentin plenar iclasda çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycanda çox hündür hasarlarların çəkilməsi insanları sanki təcrid edir. "Nəinki dənizin kənarında, indi istənilən yerdə elə hasarlara rast gəlirsən ki, sanki bu adamlar hamıdan qorxaraq ətrafına sədd çəkib".

Milli Məclisin vitse spikeri Bahar Muradova Zahid Orucun təklifinə münasibət bildirərək onu hər zaman orjinal təkliflər ilə çıxış edən millət vəkili adlandırıb. Vitse spiker bunu çox müsbət qitymətləndirib. 

"Amma hər xalqın özünəməxsus adət-ənənəsi olduğu kimi hasarların tikilməsi də bizdə ənənə halını alıb. Əsas odur ki, insanların qəlblərində hasarlar olmasın. Həyatyanı ərazidəki hasarlar insanların yaxınlığı üçün o qədər də böyük problem deyil”.