КРЕДИТ НАЛИЧНЫМИ В ВТБ С МИНИМАЛЬНОЙ ПРОЦЕНТНОЙ СТАВКОЙ ОТ 10,49%

İradə İbrahimova: "Yasa gələnlər məni həm təbrik edir, həm də başsağlığı verirdilər"


- Ana olandan sonra bəzi qadınlarda depresiyaya düşmə halları müşahidə edilir. Xüsusilə həmin xanımın kimliyi ictimaiyyət üçün maraq kəsb edirsə, bu vəziyyəti bir qədər də qəlizləşdirir. Vətəndən uzaqda yaşayan və dünyaya övlad gətirib sənətdən bir qədər uzaqlaşmaq məcburiyyətində qalan İradə İbrahimova depresiya yaşadı?

- Mənə elə gəlir ki, analıq hissini duyan bir qadın depresiyanı özünə yaxın buraxmamalıdır. Əgər vəziyyət siz deyən həddə gəlib çatarsa, uşağa necə baxmaq, necə ona qayğı ilə yanaşmaq olar? Ona görə də, hər birimiz vəziyyətdən qalib kimi çıxmağı bajarmalıyıq. Amma həmin dönəmdə mənim həyatımdan qara bir zolaq keçdi. Məni bir az yaxından tanıyan insanlar bilir ki, söhbət nədən gedir?

- Atanızı itirdiniz. Doğrudan da çətin bir sınaq idi. Bu hadisəni eşidənlərin hər birinin ağlından ana olmağa hazırlaşan İradə keçdi. Vəziyyətdən necə çıxa bildin?

- Həyatımın ən böyük stresini yaşadım. Çox qəribə bir situasiya idi – bilmirdim ilk övladımın dünyaya gəlməsinə sevinim, yoxsa, ata itkisinə yanım. Əslində, stresi nəinki ana olanda, buna hazırlaşan aylarda da yaşayırdım. Atamın xəstəliyi məni hər an bu barədə düşündürürdü. Bakıya gəlib onu görürdüm, amma son aylar məlum səbəbdən səfərimi dayandırmalı oldum. Atamın itkisi məni çox ağrıtdı. Qurban olum Allaha, qızım İpəyi həm də mənə bir təsəlli kimi göndərdi. Mənə atamın ölüm xəbəri bir az gec deyildi. Anamgil stressin dünyaya gəlməyə hazırlaşan bir körpə və anaya nə qədər təhlükə yarada biləcəyini bildikləri üçün belə düşünmüşdülər. Mən atamın 40 mərasiminə gələ bildim. Çox qəribə bir situasiya yaranmışdı – yasa gələn qonaqlar məni həm təbrik edir, həm də başsağlığı verirdilər. Şükür ki, bu stressi yoldaşımın və onun ailəsinin isti münasibəti və qayğısı sayəsində ata bildim.

- Ana İradə İbrahimova gününü necə keçirir – vaxtını daha çox övladına ayırır, yoxsa sənətinə?

- Günüm İpəklə başlayır və İpəklə də bitir. (Bu arada həyat yoldaşı Ceyhun işdən zəng vurur və İradə müsahibəyə ara verib ona sonra zəng vurajağını deyir.) Hə, bundan sonra belə davam edəck. Amma özümə də vaxt ayırıram. İlk aylarda özümü tamam unutmuşdum. Körpə həyata gələndən sonra bir neçə mərhələrdən keçib. Gecələri yatmır, narahatlıq və s. xırda problemlər yaranır. Artıq onlar geridə qalıb. Arada bir maqazinə gedir, vaxt tapanda yaradıcılığımı dayandırdığım yerdən davam etdirirəm.

- İpəyə dayə tutmusunuz?

- Dayəsi var, amma İpəyi vacib anlarda onun öhdəsinə buraxıram. Çalışıram, günümüzü bir yerdə daha çox keçirək. Ağlayan zaman dayənin yox, mənim qucağımda sakitləşir. Uşaq anaya daha bağlı olmalıdır. Ona görə də, qızım mənə məni gözləməkdə olan bir çox işlərimdən dəyərlidir.

- Ekstrim vəziyyətlərdən necə çıxırdınız?

- İlk aylarda uşağın sancı kimi problemləri məni panikaya salırdı. Mən, atası, qaynanam – növbə ilə onu sakitləşdirməyə çalışırdıq. Həmin vaxt yaşadığım stress məni bir az da gərginləşdirmişdi. Demək olar ki, o dönəmdə 10 kilo atdım.

- Övladınızi təbii yolla dünyaya gətirdiniz. Amma əksər üzdə olan qadınlar üçün daha önəmli olan bədən quruluşunun pozulmamasıdır. Bu məqsədlə son illər sənətçilərin çox faizi övladını keysəriyə ilə dünyaya gətirir.

- Mən analıq hissini bu cür hiss etmək istəyirdim. Məncə hər şeyin gözəli odur ki, onu rahat, yatıb-duraraq yox, əziyyətini çəkərək əldə edəsən. Anamın biz övladları üçün nə çəkdiyini bilmək istədim. Amma vəziyyət elə gətirmişdi ki, həkim mənə əməliyyatı məsləhət bilmişdi. Bəlli bir tarixdə ailə üzvlərimlə birlikdə hazırlaşıb əməliyyata gedirdim ki, Allah hadisəni mənim arzuladığım tərəfə yönəltdi. Klinikaya yetişəndə, artıq əməliyyat üçün gecikirdim, dərhal doğuş otağına apardılar məni.

- Bir az əvvəl kilo atdığınızi dediniz. Hamiləlik dönəmində artıq çəkiniz rahat gözə çarpırdı. Bundan tamamilə qurtula bildiniz, yoxsa, proses davam edir?

- Səhnədə olduğum üçün həmişə özümü sıxmışam ki, artıq çəki olmasın. Amma hamiləlik dönəmində bu cür məhdudiyyətləri aradan götürdüm. Övladımın normal inkişafını və sağlamlığını düşündüm. Amma normal ana olmaq üsulunu seçmişdim deyə, vaxtı-vaxtında idmanımı edirdim. Gəzintiyə çıxırdım. Artıq kiloları tədricən azaldıram. Övladımı ana südü ilə bəsləyirəm deyə, pəhrizə otrura bilmirəm. Amma normaya çatmağa çox az kilolar qalıb.

- Sənətdə yaratdığıniz fasilə hələ davam edir. baxmayaraq ki, mahınlarıniz səslənir, klipləriniz yayımlanır. Amma sizii köhnə kadrlardan görürük. Səhnəyə qayıtmamağınıza səbəb artıq çəkinizdir?

- Səbəb yalnızca həyatımda baş verən iki hadisə idi. Artıq çəki problemim yoxdur. İpək çox körpədir və onu qoyub uzaq yola çıxmaq istəmirəm. Amma səhnəyə dönməyə hazırlaşıram. Bu birbaşa mənə bağlı bir addımdır. Bunu atana qədər özümü hazırlamayılam. Hələki evimə, uşağıma köklənmişəm. Tezliklə, bu qayğının gözünə yenidən sənətimi də qatacam.

- Hal-hazırda şou-biznesdə böyük bir sukut dalğası var. Hətta məşhurlarımız albom, klip işindən uzağa gedə bilmirlər. İradə bu sükutu nə iləsə poza bilər?

- Bu gün insanları təəccübləndirmək çətin işdir. Ona görə də, hələlik böyük işlər vəd etməyim. Mən hələ adaptasiya olmalıyam. Əvvəlcə, yarımçıq qalan albom işimi tamamlayajam. Bir neçə yeni mahnılarım var. Onların dördü Gövhər Həsənzadənin, biri Minayə xanımındır. Əgər maraqlı təklif alaramsa, yaxud ideya yaranarsa, niyə də böyük işlərlə davam etməyim?

- Bakıya nə vaxt gəlməyi düşünürsünüz?

- Yəqin ki, Novruz bayramında ailəmlə birlikdə orada olaram. Bayram vaxtı bəzi verilişlərə də çıxacam. Artıq prodüserimlə bir neçə təkliflər gözdən keçirilir. (Bu arada İpəyin yuxudan durduğunu və öz aləmində danışdığını eşidən İradə diqqətini ona ayırır. Onun müsahibəyə müdaxiləsindən xoşhal olan anası körpəsinə bir qədər nəvaziş göstərir. Sonra fikrini davam etdirir.) Sizinlə danışa-danışa onun üçün darıxıram. Günü-gündən şirinləşir. Hərdən fikirləşirəm ki, filan-filan işləri görərkən İpəksiz necə dura biləcəm. Amma Bakı səfərlərimdə çalışacam yanımda olsun.

Leyla