ВАША РЕКЛАМА МОЖЕТ БЫТЬ ЗДЕСЬ!
055 213 76 73


Изображение новости:

"Azad Azərbaycan" televiziyasının aparıcısı İlkin Həsəni daha “ATV maqazin” verilişini aparmayacaq.

Buna səbəb olaraq, İlkin hazırda çox yüklü olduğunu, paralel olaraq bir neçə veriliş hazırladığını göstərdi.

“Həm səhər efirim, həm avtomobillərə aid hazırladığım veriliş, üstəgəl də yeni əyləncəli “Şəmi və dostları” layihəsi bir arada məni çox yükləyirdi. Doğrusu, artıq çatdırmırdım”.

Gün.Az xəbər verir ki, bu həftədən etibarən “ATV maqazin” verilişi başqa bir xanım aparıcının təqdimatında, yenilənmiş formada nümayiş etdiriləcək.

Ü. Alovlu
Gün.Az