ВАША РЕКЛАМА МОЖЕТ БЫТЬ ЗДЕСЬ!
055 213 76 73


alt

“Kurtlar vadisi pusu” serialının sonuncu bölümündə PKK-nın böyük şəhər üzrə nümayəndəsi “Muro”nun öldürülməsinin və filmdən çıxarılmasının səbəbləri ilə bağlı müxtəlif versiyalar ortaya atılıb.

Türkiyə KİV-ə istinadən xəbər verir ki, serialının sevimli xarakterlərindən birinə çevrilən “Muro”nun öldürülməsinin əsas səbəblərindən biri terrorçu xarakterinin çox sevilməsidir. 
Filmin istehsalçısı “Pana film” “Muro” rolunun ifaçısı Mustafa Üstündağ hərbi xidmətə gedəcəyi üçün bu xarakterin serialdan çıxarıldığını açıqlayıb. Ancaq aktyor Üstündağ film şirkətini təkzib edərək hələlik əsgərliyə getməyəcəyini bildirib. O, anasının xəstəliyinə görə əsgərliyini bir müddət təxirə saldığını deyib. 

Serialın davamında nələr olacağı barədə də maraqlı xəbərlər yayılıb. Deyilənə görə, “İsgəndər” müsbət qəhrəmana çevriləcək və “Polad Alemdar”la birləşərək “Cavad ağa” ilə “Feller”ə qarşı vuruşacaqlar. 
“Rıdvan albay”ı “İsgəndər” yox, “Feller” öldürüb, bu cinayət “Cavad ağa”nın üstünə atılacaq. Həmçinin, “İsgəndər” “Polad Alemdar”ın müstəşar olması üçün bəzi qapıları döyəcək. 

Qeyd edək ki, 64-cü bölümdə “Muro”nun bədəninə bomba qoyuldu və hərbi hissənin çayxanasında pultla partladılıb. 

Mustafa Üstündağla “Çeto” rolunun ifaçısı Şefik Onatoğlu TRT1-də yayımlanan “Çılğın kanal” serialında rol alıblar. Hər iki aktyorun rol aldığı seriyadan fraqmentlər artıq nümayiş olunur.