alt
“Ere getmemişden evvel her şey rengareng olur”

Mugenni İrade İbrahimovanın  musahibesi 

- İrade, bilirem, jurnalistler senin yolunu hesretle gozleyir, musahibe almaq uchun novbe var. Hech olmasa, jurnalistler uchun maraqlı xeberlerin var? 


- Turkiyeden Azerbaycana xeber getirmemişem. Bu defe xeberlerin soragı Gurcustandan gelecek. Yeni klip chekdirmişem. Metbuat numayendelerini cem edib, goruşecem. Mence, bu boyuk xeberdir. evveller mene rahat idi, burada idim, rahat-rahat işimi gorurdum. İndi tamam ferqlidir, aile qurandan sonra chalışıram ki, ailemde problem olmasın, diger terefden de işlerimde eskiklik olmasın. Ele en boyuk xeberim chekdirdiyim klip olacaq (Gulur).

- Yeri gelmişken, chox ferqli gorunursen, sach kesimin seni tamam deyişib. Bizim mugennilerden chox ferqli gorunursen. Ele Turkiye senetchilerine benzeyirsen. 

- Dogrudan? Axı men sachımı burada kesdirmişem. Sachlarıma aid her şeyi, reng kesimini, burada edirem. Heleki ora uygunlaşa bilmemişem. Sachlarımı kesdirmeyime klip sebeb oldu. Sachlarımın evini yıxdım!..(Gulur) İndi gozleyirem sachlarım uzansın. Bezileri deyir yaraşır, bezileri deyir yaraşmır. Herden ozum-ozumu beyenirem, herden ozumden xoşum gelmir. 

- Yeni aile quran senetchisen, yollarda mesafe qet etmek chetin deyil ki? Yadımdadı, evveller musahibelerinde tez-tez şou-biznesden şikayetlenirdin, deyirdin ailemi senetime qurban ederem. 

- Demişidim, dogrudur. Lakin bu gun aile qurdugum şexs senetime qarşı deyilse, munasibeti yaxşıdırsa, niye seneti terk edim? Men aile seven adamam, bu terbiyeni gorduyume gore, eyni veziyyeti gelecek ailemde de gormek isteyirem. Şukurler olsun ki, sehne ile baglı problemim yoxdur. Biz goruşen vaxtlarda sehneye chıxmaq ve chıxmamaq kimi qerarları mene hevale etmişdi - “İsteyirsen oxu, isteyirsen oxuma...” 

- Mene ele gelirdi ki, sen ere gedenden sonra en azı bir il gorunmeyeceksen. Sehneden bezmiş gorunurdun. 

- İnsan eynilikden yorulur. Ola biler, heyatımın hansısa meqamında jurnalistlerle goruşumde bele fikir demişem Lakin bu o demek deyil ki, hemişe bele ehval-ruhiyyede olmuşam. Deli deyilem ki? Menim elimden tutub baglayan var? (Gulur). Yene deyirem, bu menada azadam.
Aile qurandan sonra iki ay İstanbulda oldum. Mene ele gelirdi ki, sıxılıram, artıq işlemek istemirem. Sonradan ozum-ozume dedim ki, sen bura aid deyilsen. Baxdım ki, heyat yoldaşım seher işe chıxıb gedir, men ise axşama kimi evde otururam. Butun gunu gergin temple işleyen adam birden-bire hech bir işle meşgul olmur... 
İki ay menim uchun chox boyuk muddet oldu. Duzdu, işlerimle de meşgul idim, internetden musiqiler axtarırdım, butun gunu arxivleri dinleyirdim. Senetimi chox sevirem. Bu sevgimi de heyat yoldaşımın ailesi gorurdu, hiss edirdiler. Onlar da mene destek olurlar.

- Heyat yoldaşın da mane olmasa, manee tapılacaq. İnşallah, ana olanda... 

- Yeqin ki, ana olanda vaxtımı ovladıma hesr edecem. chox isteyirem ki, ovladım olsun, ozum terbiye edim. Amma yene de mene qarşı istek olsa, sehneden ayrılmayacam. Allahın mene verdiyi ruziye niye uz chevirmeliyem ki! Bunlar hamısı bir-birine baglıdır. chalışacam, daha chox ailemle birlikde olum. Vaxtaşırı gelib işlerimi yoluna qoymaga chalışıram.

- Yeri gelmişken, artıq choxları bele duşunur ki... 

- ...hamileyem? (Gulur) Yox, hamile deyilem. Bu, olduqca gozel bir xeberdir. Duzdu, bu baş verende de elan etmeyecem. Onsuz da bu ozu hiss olunan veziyyetdir. Boyuk bir hay-kuye chevirmek fikrinde deyilem. Mence, meni sevenler bu fikre hormetle yanaşacaqlar. 

- Bu yaxınlarda “chal-chagır” verilişinde genc qızlara teselli ismarıcın oldu: “Ay qızlar, ere gedene qeder her şey gozel olur. ere gedende her şey deyişir”. 

- Eledir de. Bezileri deyir ne var ere getmekde? Bu yaxşı soz deyil. Aile qurmaq chox gozeldir. O ferqli bir şeydir. Men indi burada vetenimdeyem. oz ata-anamın evindeyem. Amma qonagam. chemodanımı da achıb-tokmurem. Lakin bir şey de var ki, ere getmemişden evvel her şey rengareng olur, restoranlar, diskotekalar, alış-veriş merkezleri... Ne deyirsen, iki deqiqeye hazırdır. Butun planların, arzuların hamısı o vaxt bir-bir reallaşır. Aile qurandan sonra, demirem diqqet azalır, lakin artıq ozun de aile qurdugun adamın cibine, veziyyetine, şeraitine baxırsan. Bu gun harasa getmek imkanı varmı? Aile qurmaqdan evvel bunları fikirleşmirsen. İndi menim arzularım heyat yoldaşmın iş qrafikinden asılıdır. Artıq gozel bir problemin ichine girmiş olursan. İndi men aldgım her şeyin qiymetine baxıram. Boş yere pul xerclemek istemirem. Bezi şeyler var ki, onlar heyatımda olmalıdır. Meselen, Bakıya glende her defe alış-veriş edirem. Amma evimin ichinde adi qadınam. Ev işleri gorurem, temizleyirem. 

- Turk ailesinin gelini olmaq azerbaycanlı ailenin gelini olmaqdan ferqlidir? 

- Adet-enene bir az ferqlenir. Amma onların ailesi menim boyuduyum aileme benzeyir. Belke de azerbaycanlı ailenin gelini olsaydım, senetime maneeler olardı, bilmirem... Burada da senetde fealiyyetde olan evli hemkarlarım var. Ne deyim, o qeder de boyuk ferq gormurem.

- Geleceye aid planlarınız nedir – qız, yoxsa oglan ovladın olsun isteyirsen? 

- Men oglum olmasını isteyirem... Bele de ki, ne olur-olsun, teki saglam olsun.

- Bayaq da dedim, ana olandan sonra Azerbaycan-Turkiye arasında indiki kimi yeqin rahat gedib-gelmek chetin olacaq. Amma bir terefden senet aleminde “baby-bum” bu cur kompleksleri demek olar ki, zerersizleşdirib. Bunun sene de aidiyyeti var? 

- Uşaga baxmaq chetin deyil ki... Bizi boyutmekden chox, nece terbiye edeceyimiz duşundurur. Bezen Ceyhunla oturub duşunuruk ki, onu nece terbiye edeceyik. 

- Senetchinin ana olması, uşagın da senetchi ailesinde dunyaya gelmesi chetin meseledir. 

- Bir soz deyim. Menim ele senetden de, adi heyatda da o qeder tanıdıgım insanlar var ki, hetta ovladının 9 ayına qeder dunyaya gelmesini gozlemirler. emeliyyatla uşaq dunyaya getirirler ki, beden quruluşları korlanmasın. Bunun senetle baglılıgı yoxdur. Men inanmıram ki, uşagımdan chox başqa bir işe vaxtımı serf edecem. Ceyhunla indiden danışırıq, men ona deyirem ki, uşaq olandan sonra bir saat sen, bir saat men oyaq qalacam. Deyir, men oyanmayacam. ustelik soruşur ki, sen onu dayeye verende rahat olacaqsan? 
Uşaq ayrı duygudur. Baldızımın ailesine uşaq gozlenilir, indiden telaş ichindedirler. Otaq ayırırlar. eşyalar sechirler. Butun saatlarını bu movzu ile baglı hesablayırlır.

- Sen ozun nece, ana olmaq uchun vaxt gozleyirsen, yoxsa qismet ne vaxt uygun bilse, o vaxt ana olacaqsan? 

- Hele ozumuzu hazır hesab etmirik. Zaman ne gosterecek, onu deye bilmerem.

Lale Yusifqızı