ВАША РЕКЛАМА МОЖЕТ БЫТЬ ЗДЕСЬ!
055 213 76 73


Изображение новости:

“Onurla gərgin bir dönəmdən keçirik”

Türkiyənin tanınmış müğənniləri Seda Sayan və Onur Şanın evliliyinin üzərini qara buludlar alıb.

Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, 2008-ci ilin fevral ayında Onur Şanla nikah masasına oturmuş Seda Sayan hazırda boşanmağa hazırlaşır.

Buna səbəb Onur Şanın işinin çoxluğu səbəbindən Seda Sayana diqqət göstərməməsidir. “Akasya Durağı” adlı teleserialda oynayan və həftənin 3 günü çəkilişlərdə olan Onur Şan həm də konservatoriyada təhsil alır.

Əri ilə görüşə bilməyən Seda Sayan Londona tətilə gedib, evliliyi haqqında yenidən düşünməyə qərar verib. Ancaq Onur Şanın anası Şerife Şanın cütlüyün ayrılmaması üçün səy göstərir.

Seda Sayan mətbuata açıqlamasında da deyib ki, Onur Şan ilə gərgin bir dönəmdən keçirlər, ancaq boşanma qərarı verməyiblər: “Problem Onurun işinin çoxluğu səbəbindən mənə diqqət ayırmamasıdır. Onun həyatında özümə yer tapmamağa başladım”.

Bu gün Londondan İstanbula gələcəyini deyən Seda Sayan həyat yoldaşı ilə bir araya gələcək və bu günlərdə ortaq qərarları barədə açıqlama yayacaq.

Qeyd edək ki, Seda Sayan indiyə qədər 5 dəfə evlənib, ikinci həyat yoldaşı Sinan Enginden Oğulcan adlı oğlu var. Onur Şan Sayandan 23 yaş kiçikdir.