ВАША РЕКЛАМА МОЖЕТ БЫТЬ ЗДЕСЬ!
055 213 76 73


Robert Pattinson – bu ad yəqin ki, sizə tanışdır. Yaraşıqlı, cəlbedici və qadınların sevimlisi olan aktyor. Bir çox filmlərdən tanımağımıza baxmayaraq son illərdə “Alatoran saqa: təzə ay” filmi ilə daha da məşhurlaşdı.
Qadınklubu.az “Tu” ispan jurnalının Robert Pattinsondan götürdüyü müsahibəni sizə təqdim edir.
Məşhur britaniyalı aktyor 13 may 1986-cı ildə londonda anadan olub. 12 yaşında qeyri-müəyyən səbəblər üzündən məktəbdən xaric oluinub. Bir müddət həvəskar teatr səhnəsində çalışıb. Kinoya gəlişi də teatrdan başlayıb.
Aktyorluqdan başqa sintezator və gitarada ifa edir. Idmanla məşğul olur. Karyerasını çox uğurlu görür.

- Robert, artıq məşhursan. Dünyanın əksər qızları sənin haqda yalnız xəyal edir.

- Sözün düzü, bu kinosənayesinin illüziyasıdır. Mən məşhur olmaq üçün qeyri-adi heç nə etməmişəm. Bu sadəcə taledir. Yaxşı hissidr. Sanki filmlərdən gələn sehrdir. Mən isə adi oğlanam. Düz sözümdür.

- Sənətindəki şık və təmtəraq xoşuna gəlir? Qırmızı xalça, festivallar, mərasimlər və s..

- Əlbəttə. Dünyanı gəzməyi çox sevirəm. Həyəcan və qrotesk dəqiqələr. Bu əladır. Həmin anlara yaşamaq üçün əziyyət çəkməlisən. Buna görə də zövqlə işləyirəm. Lakin bizim işdə ən yaxşı məqam odur ki, sən işdən sonra evə gedirsən (gülür)

- Ulduzların işində ən çətin nədir?

- Kütlə ilə görüş. Mən çox utancağam. Küçədə getdiyim zaman görürəm ki, hamı məni tanıyır, o zaman daha da sıxılıram. Onlar qışqırmağa başlayırlar. İnternet və xəbərlərin tez yayıldığına görə bir yerdə 20 dəqiqədən artıq qala bilmirəm. Əks halda fanatlar və paparassi məni əhatəyə almış olur.

- Boynuna al ki, ulduz statusu qızları ələ almağa kömək edir?

- (Gülür) Həm hə, həm də yox. Düzdür mən qızları cəlb edirəm, lakin sonra onlar anlayırlar ki, mən adi insanam. Mənim də mənfiliklərim var. Hiss edirəm ki, onlar məyus olurlar. Bəzən isə onlar görürlər ki, mənim haqda eşitdikləri və bildikləri yalandan başqa bir şey deyilmiş. Mən adi insanam və təbii ki, insanların istədiyi kimi ola bilmərəm. Çünki insanlar anlayanda ki, mən onların xəyallarında qurduqları ideal deyiləm onlar qəribə hisslər keçirirlər. Boynuma alıram ki, məşhurlaşan zaman düşünürdüm ki, istənilən qızı ələ ala bilərəm. Lakin zamanla anladım ki, bu elə də asan deyil. Əgər qız sənin xoşuna gəlirsə, ona nail olmaq üçün əlindən gələni etməlisən (gülür).

- Bəs başqa nəyi öyrənmək məcburiyyətində oldun?

- Danışdığın hər sözə fikir verməyi. Mən artıq kəlmə deməməyi öyrəndim. Bu həyat dərsini hər kəs öyrənə bilər. Öncə düşünməlisən sonra ağzını açmalısan.

- Əgər aktyor olmasaydın hansı sənət sahibi olmaq istərdin?

- Pianoçu. Musiqi məni canlandırır, onu çox sevirəm. Bu mənim zəif yerimdir. Məncə, piano ilə birgə uzun və xoşbəxt həyat yaşaya bilərdim.

- Artıq dərk edirsənmi ki, elə zaman gəlib ki, ondan sonra bütün həyatın dəyişəcək? Bunun sayəsində istədiyin rolu ala bilərsən.

- Mən bunu bilirəm. Lakin çalışıram bu haqda çox düşünməyim. Bu fikirlər insanın ağlını ala bilər. Mən dərk edirəm ki, hər şey çox tez baş verir və mən tez-tez seçim qarşısında qalıram. Düşünməyə isə zaman olmur. Çünki qısa vaxt ərzində özünə lazım olanı seçməlisən, əks halda kinosənayesi səni unudacaq. Özümə söz vermişəm ki,layihələrlə bağlı qərarları tez və düzgün edim. Yaxşı məqam odur ki, itirməyə heç nəyin yoxdur. Sadəcə səylə çalışıram ki, hər şey yaxşı alınsın.

- İnsanlar daim sənin heyranedici olmağından danışırlar. Sən bununla razısan?

- Tam yox (gülür). Sözün düzü “Alatoran saqa: təzə ay” filmində aktyor seçiminə getmək belə istəmirdim. And içirəm. Kitabı oxudum və mənə elə gəldi ki, Edvard (filmin qəhrəmanı) modelsayağı xarici görünüşə malik birisi olmalıdır. Ideal bədən və fiziki gücə malik kimsə. Öz-özümə düşündüm: “Mən gedəcəyəm və özüm kimi olacağam. Bu əlimdən gələn maksimum imkandır.” Heç düşünməzdim ki, rolu ala bilərəm.

- Düzdürmü ki, Edvard Kallenə görə çox məşq etməli oldun?

- Bəli, lakin məşqlərə filmin sonunda başladım. Düzü bütün bunları özüm üçün edirdim. Əzələ yığmaq və s. kimi ağır məşqlər etmirdim. Sadəcə sağlam görünmək üçün lazım idi. Məşq özünə əminliyi artırır.

- İndiyə qədər pianoda ifa edirsən?

- Əlbəttə, Londanda çox ifa edirəm. Hərdən düşünürəm ki, musiqiçi olmaq əladır. 5 yaşından pianoda ifa edirəm. Buna görə də musiqi mənim bir hissəmə çevrilib.

- Yeri gəlmişkən, Edvard haqda. Sizi nə yaxınlaşdırır?

- Bilmirəm. Mən çox utancaq və həssasam. Mənim də qeyr-adi bacarıqlarım var (gülür). Bu zarafatdır. Mən istərdim belə bacarığım olsun. Lakin bunlar üçün çox normalam.