ВАША РЕКЛАМА МОЖЕТ БЫТЬ ЗДЕСЬ!
055 213 76 73


Изображение новости:
На конкурс в Осло от нашей страны поедет Сафура Ализаде

В концертно-развлекательном комплексе «Buta Palace» состоялся финальный концерт национального отборочного тура «Евровидение 2010». В шоу приняли участие финалистки отбора Марьям Шабанова, Сафура Ализаде, «Milk & kisses», грузинская певица Софо Нижаридзе, исполнительница Дакота и звезда «Евровидение 2009» AySel.

Выбором профессионального жюри было принято решение отправить на конкурс в Осло Сафуру Ализаде.

Диана Алиева
--------------------------------------------

Martın 2-də Bakıda “Eurovision-2010” mahnı müsabiqəsinin milli seçiminin final konserti keçirilib.

Lent.az-ın məlumatına görə, Buta Palas sarayında keçirilən final konsertinin açılışı “Sarı gəlin” kompozisiyası və rəqqasların ifası ilə baş tutub.

Konserti Hüsniyyə Məhərrəmova və İlham Mirzəyev idarə edib.

Sonra “Fabrika zvezd-7” müsabiqəsinin iştirakçısı Dakota öz repertuarından 3 mahnı ifa edib. İştirakçı ifadan sonra azərbaycanlılara nəzakətli iltifatlar edib.

Daha sonra finala çıxmış 3 müğənnidən ilki - Safura Əlizadə qara dekolte geyimlə səhnəyə çıxıb. İfaçı “Under My Skin”, “Soulless” və “Drip Drop” mahnılarını ifa edib.

Sonra səhnəni “Milk&Kisses” qrupu tutub. Qrup gözlənildiyindən zəif təəssürat yaradıb.

Səhnəyə üçlük arasında sonuncu çıxan Məryəmin ifası bir qədər yaddaqalan olub.

Gürcüstanı “Eurovision-2010” müsabiqəsində təmsil edəcək Sofo Nijaradzenin ifası
həyəcanlı namizədlərimizin ifasından təsirli olub. Gürcü qızı gözəlliyi ilə də diqqəti çəkib.

Sofodan sonra səhnəyə Aysel Teymurzadə çıxıb. Aysel Araşın onun üçün yazdığı “Fallin” və məşhur “Always” mahnısını azərbaycanca ifa edib.

Sonra təmsilçimiz və ifa olunacaq mahnı milli münsiflər heyətinin üzvləri İTV-nin baş direktoru İsmayıl Ömərov, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə, Beynəlxalq Musiqi Şurasının Azərbaycan Milli Musiqi Komitəsinin prezidenti Lalə Kazımova, dirijor Azad Əliyev, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Mənzər Nurəliyeva, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Fərhad Hacıyev tərəfindən müəyyən edilərək elan olunub.

Bəlli olub ki, Azərbaycanı “Eurovision-2010” mahnı müsabiqəsində Safura Əlizadə təmsil edəcək.

Azərbaycan təmsilçisinin seçilməsi üçün bu gün keçirilən milli final konsertini müsabiqənin Azərbaycan üzrə Milli Yayım Şurası olan İctimai Televiziya və Radio Yayımları Şirkəti, həmçinin Türkiyənin TRT və Gürcüstanın İctimai Televiziyası ilə canlı yayımlayıblar.

Xatırladaq ki, milli finalda təmsilçilik uğrunda mübarizə aparan üç namizəd fevralın 2-də keçirilən milli yarımfinaldan 6 namizəd arasından seçiliblər. Bu il nə milli yarımfinal, nə də milli finalda tamaşaçı səsverməsindən istifadə olunmayıb.

Qeyd edək ki, Azərbaycan bu ilin mayında keçiriləcək 55-ci “Eurovision” müsabiqəsində mayın 27-də keçiriləcək II yarımfinalda finala çıxmaq uğrunda mübarizə aparacaq.

1news.az \ lent.az