ВАША РЕКЛАМА МОЖЕТ БЫТЬ ЗДЕСЬ!
055 213 76 73


Səfurənin klipini "Maykl Ceksonun Tarixçəsi" filminin rejissoru çəkir
"Drip-Drop" klipinin çəkilişlərinə " Maykl Ceksonun Tarixçəsi" filminin rejissoru Rupert Ueynrayt qoşulub. Rupert Ueynrayt 16-17 aprel tarixlərində Kievdə " Drip Drop" klipinin çəkilişlərinə rəhbərlik edib. Məşhurların sırasına Beyonsun xoreoqrafı Jakuel Nayt və "Amerikanın Növbəti Top-modeli" layihəsinin stilisti Tania Cill də daxildir. "Ulduz Üçlüyü" "Eurovision" üçün dünya səviyyəli super klip ərsəyə gətirməyə çalışır.

Rejissor Rupert Ueynrayt 1996-cı ildə Maykl Cekson üçün çəkdiyi filmin məşhur rejissorudur. Ueynrayt çoxsaylı "MTV Video Music Awards", "Adweek`s Effi" və "Qremmi " mükafatlarının sahibidir. O, "Reebok", "Sprite" , "Disney", "Converse" , "Honda", "Sprint","McDonalds", "WalMart" və digər çoxsaylı dünya brendləri ilə əməkdaşlıq edir. Ueynrayt tərəfindən çəkilən 2014-cü il Rusiya Olimpiya Oyunlarının promo-çarxı uğurlu kampaniyanın əsasını təşkil edib və 142 ölkədə BBC və CNN kanallarında göstərilib.

Xoreoqraf Jakuel Nayt Beyons (Single Ladies, I am tour), Britni Spirs (Circus tour) və digər məşhurlar üçün ərsəyə gətirdiyi uğurlu işləri ilə kommersiya industriyasının təsdiq edilmiş müvəffəqiyyətli xoreoqrafıdır. Nayt hazırda Safura üçün klipdə səhnə alacaq 8 rəqqasdan 4 qız və 4 oğlandan ibarət xoreoqrafiya şedevri işləyib hazırlayıb. Naytın növbəti tapşırığı isə xoreoqrafiyanı 6 ifaçının iştirakı ilə "Eurovision" səhnəsinə uyğunlaşdırmağı olacaq.

Dizayner və stilist Tania Cill Amerikada ən yüksək reytinq alan Amerikanın növbəti top-modeli şousundakı görkəmli işi ilə məşhurdur. Cill Salma Hayek, Eşton Kaçer, Sandra Bullok, Coni Dep, Tom Kruz, Kameron Dias, Prins, Maykl Cekson, Mik Caqqer və digərləri kimi çoxsaylı məşhurlarla çalışıb. Cill üçün ən çətini "Drip Drop" un çəkilişləri üçün Səfurəyə lazımi qeyimləri tapmaq olacaq, ələlxüsus sualtı çəkilişləri nəzərə alsaq.

"Drip Drop" klipinin layihəsi uzun müddət sirr saxlanılıb və onun əsas məqsədi müğənninin emosiyalarını izləyiciyə ötürüb onun qəlbinə toxunmaq və onu öz fantaziyası ilə baş-başa buraxmaqdır.

Qeyd edək ki, klipin təqdimatı aprelin 28-də baş tutacaq.