ВАША РЕКЛАМА МОЖЕТ БЫТЬ ЗДЕСЬ!
055 213 76 73


 

2015/16 mövsümündə Azərbaycan Premyer Liqasında iştirak edəcə komandaların sayı müəyyənləşib.

Bu haqda AFFA-nın prezidenti Rövnəq Abdullayev bu gün keçirilən İcraiyyə Komitəsinin iclasından sonra təşkil olunan mətbuat konfransında deyib:

"Premyer Liqada 10 komanda olacaq. 2 komanda çempionatı tərk edəcək, 2 komanda isə Premyer Liqaya yüksələ biləcək. Yalnız lisenziyası olan komanda oynayacaq".

"Araz Naxçıvan" çempionatdan kənarlaşıb deyə, əlavə bir komanda da elitanı tərk edəcək.

İcraiyyə Komitəsində legioner limitində dəyişiklik edilməyib. Növbəti mövsümdə də limit indiki kimi qalacaq: 6+4+1.

Abdullayev futbolçuların maaşlarına limit qoyulması barədə açıqlama verib: "21 və 23 yaşlı futbolçuların maaşlarına limit qoyulması ilə bağlı qərar qəbul etdik. Qiymətlərin süni dərəcədə şişirdilməsinin qarşısını almaq, klublara kömək üçün bunu etdik. 

21 yaşlı futbolçu maksimum ildə 30 min, 23 yaşlı futbolçu isə 50 min qazana bilər. Qeyd olunan məbləğlərdən artıq ola bilməz. Əgər bu baş versə, futbolçu bir illik cəzalanacaq, klubun isə xalı silinəcək".

Premyer Liqa oyunlarının yayım məsələsinə də toxunan federasiya rəhbəri bunları deyib: "Artıq gələn mövsüm çempionat oyunlarının yayımlanması üçün tender keçiriləcək. Tenderin qalibi teleyayım hüququna yiyələnəcək. Yayımdan əldə olunan gəlir klublar arasında eyni bölünəcək. Klubların reytinqi də nəzərə alınacaq. Maliyyənin müəyyən hissəsi PFL-də saxlanılacaq".
 
Mənbə: Dsport.az