ВАША РЕКЛАМА МОЖЕТ БЫТЬ ЗДЕСЬ!
055 213 76 73


Azərbaycan yığması Avropa çempionu oldu
Serbiyanın Novi Sad şəhərində keçirilən şahmat üzrə komandalararası Avropa çempionatına yekun vurulub.
Yığmamız sonuncu turda Hollandiyanı məğlub edib – 2,5:1,5. Paralel keçirilən matçda Rusiyanın İspaniya ilə heç-heçə etməsi komandamızı I pilləyə yüksəldib. Tərkibi Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Vüqar Həşimov, Qədir Hüseynov və Rauf Məmmədovdan ibarət millimiz bununla da tarixində ilk dəfə Avropa çempionu olub.

Qadınlardan ibarət yığmamız da son turda Sloveniya üzərində 2,5:1,5 hesablı qələbə qazansa da, mükafatçılar sırasına düşə bilməyib. Komandamız Rusiya, Gürcüstan və Ukraynadan sonra 4-cü yeri tutub.
lent.az

Maraqli melumatin var ? [email protected] e-mail & msn unvani ixtiyarindadir !!!