ВАША РЕКЛАМА МОЖЕТ БЫТЬ ЗДЕСЬ!
055 213 76 73


“Qarabağ” futbol klublarının reytinq cədvəlində irəlilədi!
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2009-cu ilin 350 ən güclü klubunun siyahısını açıqlayıb.
Ağdam komandası daha 22 pillə irəliləyib. Hazırda “Qarabağ” 79,5 xalla 227-ci pillədə qərarlaşıb. Bu mövqeyi “Alyansa Atletiko Sulyana” (Peru), “Tolima Ibage” (Kolumbiya), “Super Sport Yunayted” (Pretoriya, CAR) və “Mozervel” (Şotlandiya) da bölüşür.
Siyahıya isə 341 xala malik “Barselona” (İspaniya) başçılıq edir. İngiltərə klublarından “Çelsi” 292 xalla 2-ci, “Mançester Yunayted” 291 xalla 3-cü pillədə yer alıb. “İlk 10-luq”da sonrakı pillələri “Şaxtyor” (Ukrayna), “Verder”, “Hamburq” (hər ikisi Almaniya), “Arsenal” (İngiltərə), “Estudiantes La Plata” (Argentina), “Kruzeyru” (Braziliya) və “Qalatasaray” (Türkiyə) tutur.
lent.az

Maraqli melumatin var ? [email protected] e-mail & msn unvani ixtiyarindadir !!!