КРЕДИТ НАЛИЧНЫМИ В ВТБ С МИНИМАЛЬНОЙ ПРОЦЕНТНОЙ СТАВКОЙ ОТ 10,49%

Futzal üzrə Milli komandamız 3-cu yer uğrunda mübarizə aparacaq
Futzal üzrə Avropa çempionatının iştirak edən Azərbaycan millisi bu gün yarımfinal oyununa çıxdı. Milli komandamız Avropanın ən güclü kollektivlərindən olan, çempionatın favoritlərindən biri ilə - Portuqaliya yığması ilə qarşılaşdı.
Debretsen şəhərindəki "Feniks Arena"da keçirilən oyunun əsas vaxtı heç-heçə başa çatdığından qalib penalti seriyasında müəyyənləşdi. Bu zaman futzalçılarımızdan sadəcə biri - Tyaqu qeyri-dəqiq oynadı və bununlada millimizin finala gedən yolu bağlandı.
İndi komandamız Avropa üçüncüsü adına iddia edir. Rəqibimiz Çexiya - İspaniya oyununda müəyyənləşəcək.
Qeyd edək ki, millimiz qrup mərhələsində Macarıstan yığmasını 3:1, Çexiya komandasını isə 6:1 hesabı ilə məğlub edib. 1/4 final mərhələsində Ukrayna ilə oyunun əsas vaxtı 3:3 hesabı ilə başa çatıb. Oyunsonrası penalti zərbələrini millimiz daha dəqiq yerinə yetirərək (4:2) yarımfinala vəsiqə qazanıb.

Maraqli melumatin var ? [email protected] e-mail & msn unvani ixtiyarindadir !!!