ВАША РЕКЛАМА МОЖЕТ БЫТЬ ЗДЕСЬ!
055 213 76 73


Изображение новости:

Futbol üzrə dünya çempionatının qalibi müəyyənləşib.

BaKu.Ws-ın məlumatına görə, İspaniya yığması final görüşündə Hollandiya millisini 1:0 hesabı ilə məğlub edərək, tarixində ilk dəfə dünya çempionu adını qazanıb. Yeganə qolu əsas vaxta əlavə edilən 26-cı dəqiqədə (116-cı dəqiqə) Andres İnyesa vurub.

Oyun Yohannesburqdakı “Sokker Siti” stadionunda keçirilib. Əsasən bərabər səvyyədə keçən matçda hər iki komanda dəfələrlə fərqlənmək imkanı qazanıb. Ancaq oyunçuların qeyri-dəqiq oynamaları, qapıçıların isə əksinə, son dərəcə etibarlı oyun nümayiş etdirmələri hesabın açılmasına mane olub.

Ümumilikdə oyun kobud xarakter daşıyıb. Baş hakim Hovard Ueb çempionatın ən korrekt komandaları sayılan Hollandiya və İspaniyaya 14 sarı vərəqə göstərib. Bu sarı vərəqələrdən 9-u Hollandiyanın, 5-i isə İspaniyanın oyunçularına göstərilib. Hollandların müdafiəçisi Con Heytinqa isə 57-ci və 110-cu dəqiqədə 2 sarı vərəqə aldığından, avtomatik olaraq qırmızı vərəqə alaraq meydandan qovulub.

Qələbə topu isə əsas vaxta əlavə edilən 30 dəqiqəlik əlavə vaxtın 26-cı dəqiqəsində vurulub. Fabreqa dəqiq ötürmə ilə İnyestanı zərbə mövqeyinə çıxarıb. İnyesta isə ötürmədən dəqiq yararlanaraq “qızıl qol” vurub və və İspaniya tarixində ilk dəfə dünya çempionu adı qazanıb.