BaKu.ws portalı "Haber 7"yə istinadən bildirir ki, əslən azərbaycanlı olan müğənni və sənətçi Sami Yusifi Türkiyə 3 il əvvəl, Ramazan ayında, Feshanedə on minlərlə insanın qarşısında səhnəyə çıxararq konsert verəndə tanıdı.
"Allah", "Peyğəmbər", "sülh və qardaşlıq" deyərək dünyaca məşhurlşan Sami Yusifin valideynləri Azərbaycanda doğulsalar da, o, Britaniyada böyüyüb.
Son albomu isə Türkiyədə çıxarılıb.

Onun "Wherever You Are" albomundakı "Without You" mahnısının türkcə sözlərini Sezen Aksunun yazması isə onu Türkiyədə daha da məşhurlaşdırdı.
Qərb və Şərq sənətlərinin sinteziylə yoğrulmuş sənətiylə dinləyicilərinə xitab edən Sami Yusif danışır:

- Bu albomumla "müsəlman ulduz" imicindən uzaq durmağa çalışdım. Mən müsəlmanların ulduzu deyiləm, adi sənətçi, bəstəkar və müğənniyəm.

- Son albomunuzda tərz, ifa və imic dəyişiklikləri göz qabağındadır. Xüsusilə də "Without You" mahnısı on milyonlarla insanın sevdiyi Sami Yusifi sırf dini mahnılar, ilahilər ifaçısı imicindən romantik müğənniyə çevirir. Yeni bir Sami Yusif imicinin səbəbi nədir?

- Musiqimlə İslam dünyasının təmsilçisi adı ilə tanınmaq fikrim və məqsədim olmadı. Buna can atmadım da. Saqqalı yeni çıxan gəncdim tanınanda. Son albomumla isə barəmdə deyilənlərin və şərhlərin yanlış olduğunu göstərəmyə çalışdım. Onu da deyim ki, "El Muallim" albomu təki əsərlər toplusunu hazırlamaq mənimçün çətin deyildi. İndi daha irəli getmək niyyətindəyəm.

- Elə bir albomu bir daha ərsəyə gətirəcəksinizmi?

- Yox, elə bir albomu bir daha hazırlamayacağım kimi fikrim yoxdur. Hər şey ola bilər. Özümü elə bir halda hiss edərsəm, yenidən elə bir albom hazılaya bilərəm. Zatən albomlarım bir-birindən fərqlidir.

- "İslam dünyasının pop kralı", "müsləmanların ulduzu" kimi tanınırsınız. Bəs özünüzü necə hiss edirsiniz?

- Özümü heç elə görmürəm. Elə şəkildə öyünmək və adımın çəkilməsini istəmək fikrindən də həddən çox uzağam. Belə kəlmələri eşidəndə sevindiyimi də deyə bilmərəm. Musiqimin də mənə verilən adlara çox uyğun olduğunu iddia etmək çətindir.

- Bəs yaxşı, ifa və musiqinizi özünüz necə dəyərləndirirsiniz?

- Mən də düşündüm, "Əcəba, musiqimi necə adlandırım?" soruşdum özümdən. Mütləq bir ad verilməsi gərəkirsə, "müxtəlif sintezlərin bir araya gəlməsindən yaradılan universal, dil və irq fərqi olmadan hər kəsin dinləyəcə biləcəyi bir musiqi" deyərdim. Daha konkret olsaq, musiqim spiritik, ruh musiqisidir deyərdim. Fəqət, insanlar necə istəyəcəklərsə, elə də adlandıracaqlar.

- Yəni spiritik?

- Bu, sırf texniki bir kəlmədir. Musiqimi fəlsəfi də adlandıra bilərsiniz. Sənətim, bəstələrim Qərb və Şərq musiqilərinin bir araya gəlməsidir. Texniki tərəfi də həmin musiqilərin bir araya gəlməsidir.
Fəlsəfi tərəfi isə Qərb və Şərq toplumlarının bir-birinə yaxınlaşmasıdır.

- Azərbaycanlı, yəni şərqli olmaq, sonra da İngiltərə böyüyüb təhsil almağın üstünlüyü budurmu?

- Bəhs etdiyiniz məqamlar mənimçün böyük bərəkətdir. Çoxlu ingilis dostum var və məni özləri kimi görürlər. Bununla bahəm, türk, ərəb, hindistanlı dostlarım da var. Belə genişlik də beynimdlə musiqinin yaranmasına dəstək olur, mənə qüvvə və güc verir.

- Özünüzü kim sayırsınız?

- Bununla bağlı heç bir problemim olmadı.

- Daxilinizdə azərbaycanlı mədəniyyətini, ruhunu yaşadırsınızmı?

- Təbii. Atam azərbaycanlı musiqiçi, sənətçidir. Evimizdə də azərbaycanlı mədəniyyətini yaşadırıq. Dilimizi və özümüzü unutmuruq.

- Musiqidən savayı nə işlə məşğulsunuz?

- Yaxşı bir film ssenarsi olarsa, məmnuniyyətlə çəkilərdim. Yaxın dostlarımla söhbət etməyi sevirəm. Fürsət tapan kimi də kitab oxuyuram.

Tural



Sami Yusif: "Müsəlmanların ulduzu deyiləm" - VİDEO - FOTO