КРЕДИТ НАЛИЧНЫМИ В ВТБ С МИНИМАЛЬНОЙ ПРОЦЕНТНОЙ СТАВКОЙ ОТ 10,49%

Изображение новости:
Изображение новости:


Polis İdarəsi Babək prospektindəki qəza zamanı yanaraq ölənlərin adlarını açıqlayıb.

14:11

Nizami rayon Polis İdarəsindən verilən məlumata istinadən xəbər verir ki, qəzada sürücü, 1992-ci il təvəllüdlü İsmayılov Firudin Arzu oğlu və sərnişini, 1982-ci il təvəllüdlü İbrahimov Rəşad İbrahim oğlu yanaraq həlak olublar.

11:21

İdarədən verilən rəsmi məlumata istinadən xəbər verir ki, Bakının Nizami rayonu ərazisində dəhşətli yol qəzası olub.

“Bu gün səhər saatlarında Babək prospektində “Porsche-Panamera” markalı minik maşını “MAZ” markalı yük maşını ilə toqquşub. Qəza zamanı partlayış olub və “Porsche”də olan sürücü və sərnişin yanaraq kül olublar” – deyə, BŞDYPİ-dən bildirilib.

10:02

Hadisə şahidləri sosial şəbəkələrdə məlumat yerləşdirib.

Hadisə şahidlərinin sözlərinə görə, bu gün səhər 06:00 radələrində paytaxtda nəqliyyatın ən çox hərəkət etdiyi yollardan biri olan Babək prospektində “Porshe Panamera” markalı avtomobillə “MAZ” markalı yük maşını toqquşub.

Qəzadan dərhal sonra avtomobildə yanğın baş verib və maşında olan 2 nəfər yanaraq ölüb.

“Hadisə baş verən zaman mən oradan keçirdim. Qəzanın təsirindən şoka düşdüm. Ətrafda yanmış metal yığınları və ayaqqabılar var idi” – deyə, hadisə şahidi bildirib.

Qeyd edək ki, qəzaya yüksək sürətin səbəb olduğu ehtimal olunur.
Video: Gün.Az / Yuriy Bizev

[media=http://www.youtube.com/watch?v=ppqYrMF41Eo]