ВАША РЕКЛАМА МОЖЕТ БЫТЬ ЗДЕСЬ!
055 213 76 73



 

 

Azərbaycandakı narkoman qadınların etirafları ilə videoçarx hazırlanıb.


BAKU.WS-ın məlumatına görə, "Təmiz dünya" İctimai Birliyi tərəfindən hazırlanmış sosial videoçarxda narkotik istifadəçisi olan qadınların etirafları yer alıb. "Ağ ölüm"ün əsirinə çevrilmiş qadınlar, peşmançılıq hisslərini dilə gətirməklə yanaşı, narkotik alverçilərinin onları necə tora saldıqlarından da söz açıblar. Narkomaniya və ona cəlb etmə üsullarını bu qadınların öz dillərindən eşidilir.


Görüntülərdə narkotikin qurbanı olan gənc qadın öz etirafları ilə digərlərini bu yoldan çəkindirməyə, narkotik alverçilərinin şirin dillərinə aldanıb onların tələsinə düşməməyə çağırır. Narkotik maddədən istifadənin ilk günlərində aldığı həzzlərdən göylərə uçan qurbanlar, bir neçə dəfədən sonra şiddətli ağrılarla üzləşdiklərini və ancaq bu ağrılardan qurtulmaq üçün narkotikə möhtac olduqlarını deyirlər.


"Təmiz dünya" İB-nin sədri Mehriban Zeynalova videoçarxın real narkotik istifadəçilərinin iştirakı ilə çəkildiyini deyir: "Bu videomaterialda real insanlar çəkilib. Ölkədə HIV, AIDS, malyariya və vərəmə qarşı Qlobal Fondun dəstəyi ilə həyata keçirilən layihə iştirakçılarının razılığı ilə çəkilib. Əslində layihədə heç də belə filmin çəkilişi nəzərdə tutulmamışdı. Lakin layihə boyu bizi bir məsələ narahat edirdi ki, düzgün mesajı necə çatdıraq? Bunu isə yalnız məhz narkotik istifadəçilər özləri deyə bilərdi. Bu insanlara həmin şəxslərin dilindən bir mesajdır. Eləcə də ətrafdakıların bu insanlara qarşı yaratdığı stiqma və diskriminasiyanı aradan qaldırmaq, onlara daha həssas yanaşmanı sərgiləmək məqsədi daşıyırdı. Axı heç kim, heç vaxt bu cür problemlərdən sığortalanmayıb! Bu səpkidə daha bir real filmimiz var, onu da diqqətinizə çatdıracağıq".