ВАША РЕКЛАМА МОЖЕТ БЫТЬ ЗДЕСЬ!
055 213 76 73


 

ANS TV-də yayımlanan "Adam içində" verilişində "erməni oğurluğu" məsələsi müzakirə olunub.

BAKU.WS, AZXEBER.COMa istinadən xəbər verir ki, verilişdə ekspert qismində çıxış edən Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKM) baş direktoru Tahir Əmiraslanov biznesmenləri və diaspora təşkilatlarını sərt tənqid edib.

O deyib ki, Azərbaycan biznesmenlərinin çoxu gədədən bəy olanlardı: "Bu günə qədər heç bir biznesmen və diaspora təşkilatları bizə dəstək olmayıb. Bu adamlar gədədən bəy olanlardı. Bunların hamısını cibi maraqlandrır. Biz yalnız Azərbaycan dövlətinə, Heydər Əliyev Fonduna və Mədəniyyət Nazirliyinə təşəkkür etməliyik. Hansı biznesmen deyil belə deyil, çıxsın ortaya, desin bu işləri görmüşəm".

Qeyd edək ki, Tahir Əmiraslanovun əsəbiləşməsinə səbəb bəstəkar Faiq Sücəddinovun milli məsələlərdə biznesmenlərdən kömək istəməsi olub.

Həmin görüntüləri təqdim edirik: