ВАША РЕКЛАМА МОЖЕТ БЫТЬ ЗДЕСЬ!
055 213 76 73


 

Azərbaycan hərbçisi, Qarabağ müharibəsi iştirakçısı, "Azərbaycan Bayrağı" ordeni kavaleri və kəşfiyyat-diversiya dəstəsinin komandiri İbad Hüseynovun internetdə yeni videosu yayılıb.    

BAKU.WS, axar.az-a istinadən xəbər verir ki, video bir Türkiyə vətəndaşı tərəfindən yayılıb. Görüntülərdə Azərbaycanda Qarabağ müharibəsi qəhrəmanı kimi tanınan İbad Hüseynov karate idman novündə istifadə olunan nunsaki (zəncirlə bir-birinə bitişik dəmir döyüş aləti) oynadır. Nunsakinin ən mahir istifadəçisi kimi Brüs Li məşhurdur. Lakin videodan vörünür ki, İbad bəy heç də məşhur aktyordan geri qalmır.  Videoda o da xatırlanır ki, İbad Hüseynov Sibirdə yaşayarkən bir dəfə kafedə ona hücum çəkən 60 nəfər əli bıçaqlı rusu bu aləti işlətməklə pərən-pərən salıb.    Xatırladaq ki, İbad Hüseynov 1993-cü il 12 iyun tarixində amansız terrorçu, Ermənistanın milli qəhrəmanı Monte Melkonyanı Xocavənddə öldürməsiylə məşhurdur. Haqqında 2010-cu ildə "Əsgər" sənədli filmi çəkilib.