ВАША РЕКЛАМА МОЖЕТ БЫТЬ ЗДЕСЬ!
055 213 76 73


 

Xəzər rayonunda mağazaları qarət edən dəstənin üzvlərini saxlayıb.
 
APA TV-nin məlumatına görə, Xəzər Rayon Polis İdarəsinin əməkdaşları ayrı-ayrı vətəndaşların ticarət obyektinin qarət edilməsi ilə bağlı əməliyyat-axtarış tədbirləri keçiriblər. Keçirilən əməliyyat nəticəsində müxtəlif vaxtlarda Xəzər rayonu Buzovna qəsəbəsindəki ticarət obyektlərini qarət edən dəstənin üzvləri  yetkinlik yaşına çatmayan Maksim İvanov, Nahid Mənsurov, Zahir Mustafayev, Kənan Cabbarov saxlanılıblar. İlkin ifadələri zamanı onlar törətdikləri cinayət əməlini etiraf ediblər. Məlum olub ki, onlar ötən ilin dekabr ayından Buzovna qəsəbəsindəki ticarət obyektlərinin qapı və pəncərələrini sındıraraq qarət ediblər. 
 
Saxlanılan şəxslərin evlərinə baxış keçirən zaman istintaqa məlum olmayan mənbədən əldə etdikləri çoxlu sayda fişəng və digər partlayıcı maddələr götürülüb. Məlum olub ki, cinayətkar dəstə həmin partlayıcı maddədən bankomatları qarət etmək üçün istifadə edəcəkmiş. 
 

Faktla bağlı araşdırma aparılır.