ВАША РЕКЛАМА МОЖЕТ БЫТЬ ЗДЕСЬ!
055 213 76 73


 

ANS TV-də yayımlanan "Plastik cərrahın qurbanı onu əməliyyat edən əcnəbi həkimi tapa bilmir" adlı sujetini təqdim edir.

 

Adını və üzünü gizli saxlanmasını xahiş edən 25 yaşlı xanım uğursuz plastik əməliyyatın qurbanı olduğunu iddia edir.

 

Toyuna cəmi bir neçə ay qalmış süd vəziləri ilə bağlı kompleksdən qurtulmaq istəyən xanım İstanbul Estetik Klinikasına müraciət edib. Elə başına gələn dəhşət də bundan sonra başlayıb.

 

Şikayətçi deyir ki, ötən il aprelin 7-də İstanbul Estetik Klinikasına müraciət edib: "Türk həkim Zubeir Orter məni əməliyyat edib. Əməliyyat 6 saatdan artıq çəkdi. Əməliyyatdan sonra dəhşətli ağrılarla ayılmışam. İki gündən sonra isə həkim ölkəni tərk etdi”.

 
Maraqlıdır ki, özəl klinikada tanınmış həkim kimi pasientlərə təqdim edilən və konsultasiya qiyməti yerli həkimlərlə müqayisədə olduqca baha olan Zubeir Orter haqda internetdə heç bir məlumata rast gəlmədik. Türkiyəli həkimin şəkili belə axtarış saytlarında yoxdur. (bizimyol.info)