ВАША РЕКЛАМА МОЖЕТ БЫТЬ ЗДЕСЬ!
055 213 76 73


Изображение новости:

 

Xəzər Universitetinin təsisçisi və rektoru Hamlet İsaxanlının qızını döyməkdə təqsirli bilinən qardaşların anası Gülnarə Məmmədova məhkəmənin çıxardığı həbs qərarına münasibət bildirib.  APA-nın məlumatına görə, Gülnarə Məmmədova jurnalistlərə açıqlamasında məhkəmə prosesinin qapalı keçdiyini deyib: "Məndə olan məlumata görə, Zauru həbs ediblər, Elin isə azadlığa buraxılıb. Nəyə görə həbs olunub, bilmirəm. Güman edirəm ki, Zauru buraxacaqlar”.

 

"Onlar sərbəst adamlardır. Hesab edirəm ki, onların şəxsi işi və həyatı ilə maraqlanmaq düzgün deyil. Kadrlardan göründüyü kimi, orada kənar şəxs çoxdur”.

 

Uşaqların atasının kriminal avtoritet olması barədə yazılanlara da münasibət bildirən  Məmmədova  məlumatı təkzib edib. Onun sözlərinə görə, həyat yoldaşı hazırda təqaüddədir.

 

"Deyilənlər çox gülməlidir. Həyat yoldaşım Tibb Universitetində oxuyub. Hərbi xidmət keçməyə o qədər həvəsi olub ki, universiteti atıb gedib Sərhəd Qoşunlarında xidmət etməyə. Hərbi xidməti başa çatdırandan sonra  yenidən Tibb Universitetində təhsilini davam etdirib. Onun həyat yolu, gördüyü çətinliklər əslində qalsa mətbuatın yazdığı kimi deyil. Dünən barəsində yazılan xəbərləri oxuyanda çox məyus oldu. Qanunları yaxşı oxuyun, əgər bir insan həbsdə olubsa və törətdiyi cinayətə görə cəzasını çəkibsə, üstündən 8 il keçdikdən sonra o şəxs  tam deyə bilər ki, həbsdə olmayıb. İndi mən tam qətiyyətlə deyirəm, mənim həyat yoldaşım həbsdə olmayıb”.

 

Gülnarə Məmmədova hadisə yerində görünən "Bentley” markalı avtomaşının kimə məxsus olduğuna da münasibət bildirib.

 

"Hamı elə bilir "Bentley” bahalı maşındı , əslində isə köhnədir. Oğlanların sərbəst adamlardır , heç bilmirəm maşın onların adınadır ya yox... Amma hələ olmayıb ki , oğlum bu maşını sürsün, məndə yanında əyləşib gedim”.

 

Gülnarə Məmmədova məhkəmədə oğlanlarının hüquqlarını müdafiə edən vəkilləri də tanımadığını deyib.

 

Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsində Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlının qızı Ülkər İsayevanın döyülməsində təqsirləndirilən şəxslərlə bağlı prokurorluğun verdiyi apellyasiya protestinə baxılıb. Hakim Sahibxan Mirzəyevin sədrlik etdiyi iclasda təqsirləndirilən Zaur Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib. Elin Məmmədovla bağlı isə birinci instansiya məhkəməsinin qərarı qüvvədə qalıb.