КРЕДИТ НАЛИЧНЫМИ В ВТБ С МИНИМАЛЬНОЙ ПРОЦЕНТНОЙ СТАВКОЙ ОТ 10,49%

Изображение новости:
“Kamaz” 86 saylı marşrut avtobusunu vurub, “Volqa”nı sürükləyərək kanala salıb

Aprelin 5-də səhər saat 8 radələrində Bakının Sabunçu rayonu ərazisində, Zabrat- Maştağa yolunda ağır yol qəzası baş verib.

Sabunçu rayon Polis İdarəsi 14-cü polis bölməsindən BaKu.Ws verilən məlumata görə, Maştağa qəsəbəsinin girəcəyində “Kamaz” markalı yük maşını 86 saylı orta tutumlu sərnişin avtobusunu vurub. 

Sonra “Kamaz”ın sürücüsü maşını sola döndərib və qarşıdan gələn “Volqa” (QAZ -24) markalı minik avtomobilini vurub. “Kamaz” “Volqa”nı altına alaraq sürükləyib və yolun kənarındakı xəndəyə salıb. Volqanın sürücüsü hadisə yerindəcə keçinib. 86 saylı marşrut avtobusunun sərnişinləri arasında isə xəsarət alanlar var.

Hazırda hadisə yerində təhqiqat aparılır.