КРЕДИТ НАЛИЧНЫМИ В ВТБ С МИНИМАЛЬНОЙ ПРОЦЕНТНОЙ СТАВКОЙ ОТ 10,49%


Avtomobili 2013-cü ildə sifariş verən şəxsin Aqşin A. adlı şəxs olduğu bildirilib.

ABŞ-ın Texas ştatında fəaliyyət göstərən "Hennesey Performance” tüninq şirkəti tərəfindən xüsusi sifariş əsasında yığılan və Azərbaycana gətirilən "Mercedes-Bens G63 AMG Gelandewagen” avtomobilinin sahibinin adı məlum olub.
ANS PRESS-in məlumatına görə, bu barədə şirkətin rəsmi Facebook səhifəsində məlumat yer alıb.
Onun sahibinin Azərbaycandan olan Aqşin A. (Agshin A.) adlı şəxsdir. Müştəri avtomobilin tüninqini 2013-cü ildə sifariş verib.

Həmin şəxsin familiyası tam göstərilməyib. virtualaz.org-un məlumatına görə, bunun üçün onun barəsində əlavə məlumat öyrənmək mümkün olmayıb. Bununla belə həmin şəxsin Dövlət Əmək Müfəttişliyi Xidmətinin Sumqayıt şəhər 7 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi Aqşin Əhədov olduğuna dair hələ təsdiqlənməmiş məlumatlar var.

1987-ci ildə anadan olmuş Aqşin Əhədov həmin vəzifəyə ötən ilin dekabrında təyin olunub və kifayət qədər imkanlı şəxs kimi tanınır. Belə ki, o, Sumqayıtda ötən ilin payızında yanan "Karvan” ticarət mərkəzinin sahibi Ağamirzə Əhədovun nəvəsi və Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun qardaşı, deputat Nazim Fərəcovun kürəkənidir.

Bu gün özünü Dövlət Əmək Müfəttişliyi Xidmətinin Sumqayıt şəhər 7 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi Aqşin Əhədovun nümayəndəsi kimi təqdim edən hüquqşünas Ramil Süleymanov bildiribi ki, sözügedən avtomobilin Aqşin Əhədova heç bir aidiyyəti yoxdur.
"Doğrudan da həmin şirkətin facebook səhifəsində avtomobilin sahibinin Azərbaycandan olan Aqşin adlı şəxs olduğu göstərilib. Lakin həmin şəxs Aqşin Əhədov deyil. O, belə avtomobil sifariş verməyib” - deyə hüquqşünas bildirib.

ABŞ-ın Texas ştatında fəaliyyət göstərən və xüsusi olaraq super bahalı avtomobillərin tüninqi ilə məşğul olan "Hennessey” tuning şirkəti Azərbaycandan olan müştərinin sifarişi əsasında "Mercedes-Bens Gelandewagen G63 AMG” avtomobilini yenidən yığıb. ABŞ mətbuatına istinadən verdiyi xəbərə görə, sifarişinin istəyi əsasında 5.5 litrlik biturbo mühərriklə təchiz edilmiş avtomobilin mühərrikinin gücü daha da artırılıb. Güc aqreqatının işçi həcmi 700 at gücünə qədər artırılıb, maksimal fırlanma anı 800-ə çatdırılıb.

Həmçinin sifarişçinin istəyinə uyğun olaraq avtomobilin salonunda və xarici görkəmində onun eksklüziv olduğunu göstərən yeniliklər edilib.

Amerikalı tüninqçilər avtomobilə həmçinin yeni təkər və disklər qoyub. Amerikanın avtomobil saytlarının birində yer alan xəbərə görə, avtomobil artıq Azərbaycan gömrüyünü keçərək ölkəyə daxil olub və sifarişçiyə çatdırılıb.
Xəbərdə o da vurğulanır ki, 2014-cü ilin modeli olan "Mercedes-Bens G63 AMG” avtomobillərinin "Hennesy” şirkəti tərəfindən tüninq edilmiş variantının qiyməti 500 min dollara qədər çıxa bilər.