ВАША РЕКЛАМА МОЖЕТ БЫТЬ ЗДЕСЬ!
055 213 76 73


“VAZ 2107” ilə vidalaşma vaxtı çatdı
Şirkət özü yeni modelləri layihələndirməkdən imtina edərək, “Renault” və “Nssan”ın hazır modellərini yerli şəraitə uyğunlaşdırıb, konveyerə çıxarmaq istəyir. İstehsalına 2013-cü ildə başlanılacaq 4.55 metrlik bu modeldə oturacaqlar 3 cərgə olacaq. Avtomobilin ilkin adı “Lada RX 90”-dır.

“Lada C” layihəsinə vəsait ayrılması da artıq dayandırılıb. Plana əsasən 2012-ci ildə Samara və klassik Jiquliləri əvəzləyəcək ucuz sedanın istehsalı başlayacaq. Bu modelin də eskizləri hazırdır, modelin uzunluğu 4.25 metr olacaq. Yeni modelin istehsalına başlaması ilə bahəm 30 illik istehsal tarixi olan “VAZ 2105” və “VAZ 2107” konveyerdən çıxarılacaq. VAZ-ın 2008-ci ildə istehsal etdiyi 801 563 avtomobildən 203 881-ni bu 2 model təşkil edib. Şirkət həmçinin son modeli olan “Priora”nın da maya dəyərinin aşağı salınması yönündə iş aparır.

Şirkətin böhran proqramına əsasən 2014-cü ildə, rus avtosənayesində canlanmanın yaranacağı vaxtda 817 000 avtomobil istehsal olunacaq. Bunlardan təqribən 150 minini “Priora”, 110 minini “Nissan”, 300 minini isə “Renault”un bazasında yaradılan avtomobillər təşkil edəcək. Qalan pay isə digər tanıdığımız modellərə aid olacaq.
lent.az

Maraqli melumatin var ? [email protected] e-mail & msn unvani ixtiyarindadir !!!