ВАША РЕКЛАМА МОЖЕТ БЫТЬ ЗДЕСЬ!
055 213 76 73


Изображение новости:

 
Dünəndən etibarən Azərbaycanda dolların bahalaşacağı ilə bağlı gəzən söz-söhbətlərə Azərbaycan Mərkəzi Bankı axşam saatlaında verdiyi açıqlama ilə son qoyuldu. Mərkəzi Bank dolların kəskin bahalaşacağı ilə bağlı deyilənləri şayiə adlandırdı. 
 
Faktxeber.com-un məlumatına görə, bunu açıqlamasında Mərkəzi Bankın mətbuat xidmətinin rəhbəri Namiq Əliyev bildirdi. Onun sözlərinə görə, dolların məzənnəsi Mərkəzi Bankın saytında göstərilib: "Sabah kəskin bahalaşma barədə deyilənlər əsassızdır. Heç bir panikaya ehtiyac yoxdur".
 
Bu, Mərkəzi Bankın dünən verdiyi rəsmi açıqlama idi.
 
Amma bu gün səhər saatlarında dolların bahalaşacağı ilə bağlı yayılan "şayiə" yenidən gündəmə gəldi. Mərkəzi Bankın rəsmi saytı olan cbar.az səhər saatlarından etibarən heç bir yeniləmə etmədi. Ancaq mediaya göndərilən məlumatlarda dolların cüzi bahalaşdığı özünü göstərirdi. Mərkəzi Bankın saytında bu cür yeniləmə olmadığı günlərdə dolların bahalaşdığı özünü göstərdiyi üçün ölkədə fəaliyyət göstərən bəzi banklarla əlaqə saxladıq.
 
"ZaminBank"dan bildirdilər ki, dolların bu günə olan məzənnəsində qiymət artımı var. Dolların alışı 1.0590, satışı isə 1.0715 AZN-dir. Qeyd edək ki, bu qiymət Mərkəzi Bankın rəsmi məzənnələrindən kəskin şəkildə fərqlənir.
  
"Bank Technique” də məzənnədə dəyişiklik olduğunu təsdiqlədi:  1.0500, satış 1.0700 AZN.
 
Mərkəzi Bankın rəsmi saytı olan cbar.az səhər saatlarından etibarən heç bir yeniləmə etməyib.