ВАША РЕКЛАМА МОЖЕТ БЫТЬ ЗДЕСЬ!
055 213 76 73


 

Bakıda mənzildən külli miqdarda qızıl-zinət əşyaları oğurlanıb. Səbail rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Əhməd Cavad küçəsi 4, mənzil 1-də qeydə alınıb.

Bakı şəhər sakini Adilə Baba qızı Zülfüqarova polisə ərizə ilə müraciət edərək, evində xadimə işləyən Kifayət adlı qadının mənzildən 20 min manat dəyərində qızıl-zinət əşyaları oğurladığını bildirib.

Hazırda polis hadisəni törədən şəxsin tapılması istiqamətində iş aparır.