Bakıda qızı görüşə çağırmaq üstündə oğlanların qurduğu plan sonda qanla bitib. Gənc oğlan bakirəliyini pozduğu qızı görüşə çıxarmaq üçün fənd işlətsə də, alınmayıb. Butün bu məsələlərin üstü Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi "V” yaşayış sahəsində Bakı şəhər sakini Emin Əliyevin bıçaqlanmasından sonra üzə çıxıb. 

Suraxanı rayon Polis İdarəsindən verilən məlumata görə, Ağstafa sakini Mahal Əhmədov bir müddət əvvəl bir qızla münasibətdə olub, sonra isə onun bakirəliyini pozub. Üstündən bir müddət keçəndən sonra qızla araları dəyib, qızı görüşə çağırsa da, buna nail olmayıb. Tanışı Emin Əliyevlə plan quraraq onu qızın evinə göndərib. Qızın mənzilinin qapısını Emin dəfələrlə döysə də, üzünə açılmayıb. Sonra isə həmin yerə Mahal gəlib və aralarında mübahisə düşüb. Mahal bıçaqla Emini yaralayıb. 

Suraxanı rayon Polis İdarəsinin 33-cü polis bölməsi əməkdaşları Mahal Əhmədovu tutub, hadisənin başqa iştirakçısı olan Osman adlı şəxsi isə axtarır.