Milli Məclisin bu gün keçirilən iclasında hökumətin illik hesabatı zamanı kabab məsələsi qaldırılıb.
BAKU.WS, Lent.az-ın məlumatına görə, çıxış edən deputat Sahib Alıyev ölkəmizdə kababın bişirilmə mexanizmindən ciddi narahat olduğunu bildirib.
O qeyd edib ki, kabab milli mətbəximizə, süfrəmizə aid olsa da, onu bişirən şiş bizdə istehsal olunmur: "Niyə o şişdən bizdə istehsal olunmur? Kababı sevir, "millidir” deyirik, amma onu bişirən şişi Türkiyədən gətizdiririk. Mən təklif edirəm ki, o şişdən bizdə də olsun”.
Deputatın çıxışı həmkarları tərəfindən birmənalı qarşılanmayıb və gülüşə səbəb olub.