ВАША РЕКЛАМА МОЖЕТ БЫТЬ ЗДЕСЬ!
055 213 76 73


 

Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı vəzifəsini müvəqqəti icra edən, I dərəcəli kapitan Yunus Məmmədov hazırda sərəncama göndərilib. 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, I dərəcəli kapitan Yunus Məmmədov ordudan tərxis olunmayıb.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı vəzifəsini müvəqqəti icra edən, I dərəcəli kapitan Yunus Məmmədovun vəzifələrini II dərəcəli kapitan Şahin Məmmədov icra etməyə başlayıb.